Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

BƏXTİYAR SADIQOV ƏVƏZ ZEYNALLINI HƏDƏLƏDİ

“Əvəz ağlını başına yığmasa...”

Mətbuat Şurası “Xural” qəzetini “qara siyahıya salandan sonra baş redaktor əvəz Zeynallı ilə bu qurum arasında qarşılıqlı ittihamlar başlayıb.

Ə.Zeynallı MŞ üzvü olmadıqlarını əsas gətirərək, bu qərarı tanımadıqlarını, qurumu məhkəməyə verəcəklərini bildirib.

MŞ İdarə Heyətinin üzvü, «Azərbaycan» qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov isə ittihamları qəbul etmir və lent.az-a açıqlamasında bildirib ki, MŞ-nın qərarı doğrudur: “”Xural” qəzeti çoxdan Mətbuat Şurasının «qara siyahısı»na salınmalı idi, bu qərarımız bir qədər gecikib. Çünki «Xural» sözün həqiqi mənasında «reketçiliklə» məşğuldur. Şəxsi maraq və təmənnasına uyğun olaraq, habelə ona verilmiş sifarişlər əsasında utanıb çəkinmədən istənilən insan haqqında şər və böhtan xarakterli qərəzli yazılar dərc edir. Artıq neçə illərdir ki, «Xural» və onun baş redaktoru vətəndaşların şərəf və ləyaqətini alçaltmaqla qələmlərini nəfslərinin qurbanına çeviriblər. Xatırladım ki, onlar tərəfindən təhqirə, əsassız tənqidə, hücumlara məruz qalmış insanlar tərəfindən indiyədək dəfələrlə «Xural»a qarşı məhkəmə iddiası qaldırılıb, qəzetlə bağlı qərarlar çıxarılıb. Təəssüf ki, məhkəmə qərarlarının icrasında loyallıq göstərilib, azad sözü qərəzli fəaliyyətlərinin qurbanına çevirənlər bir çox hallarda cəzalandırılmamış qalıb. Ona görə də «Xural»ın kollektivi, ən əsası onun baş redaktoru tutduqları naqis yolla daha da irəli gedib, tamahlarının əsirinə çevriliblər. Əvəz ağlını başına yığıb, tutduğu səhv və naqis yoldan geri dönməsə, qanun qarşısında, məhkəmə qarşısında cavab verməli olacaq. Daha kimlərinsə onu yenə də müdafiə edəcəyinə də bel bağlamasın, çünki Azərbaycanda qanun hər şeydən yüksəkdə durur!”.

Anar






21 Sentyabr, 2011  18:22 Baxılıb: 1527 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner