Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünyada bir milyard ac adam var

Bakıda ərzaq təhlükəsizliyi müzakirə olunur

Simsar.az-ın məlumatına görə, seminarda BMT-nin Ümumdünya Ərzaq Proqramının Azərbaycandakı nümayəndəliyinin başçısı Fuad Hüseynov bildirib ki, dünya ölkələrində olduğu kimi, BMT Azərbaycanda da Ərzaq Təhlükəsizliyi ilə bağlı monitorinq aparıb. 
Məqsəd 2015-ci ilədək dünyada yoxsulluğun yarıya qədər azaldılmasıdır. Hazırda dünyada aclıq çəkən və az qidalananların sayı 1 milyardı ötüb. BMT-nin dünya üzrə proqramı Azərbaycanda ərzaq təhlükəsizliyi ilə bağlı monitorinq aparıb və montorinqin nəticələri ilə bağlı Nazirlər Kabinetinə bir sıra tövsiyyələr göndərib.

Seminarda Baş nazrin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov deyib ki, Azərbaycan ərzaq təhlükəsizliyi və qida çatışmazlığına məruz qalmayıb. Bunun səbəbi isə ölkədə dövlət başçısının apardığı məqsədyönlü siyasətdir. Bütün bunlara baxmayaraq, Azərbaycanın bəzi nazirlikləri ərzaq təhlükəsizliyi məsələsinə səthi yanaşırlar. BMT-nin Ərzaq Təhlükəsizliyi Təşkilatı dünyada ərzaq təhlükəsizliyinin olacağı ilə bağlı dünya ölkələrinə xəbərdarlıq edir və bir sıra nazirliklər də bunu nəzər almalıdır. Ərzaq Təhlükəsizliyi Monitorinq sistemi 30 ölkədə tətbiq edilsə də, Azərbaycanda bu yaxınlarda edilib. Bunun da əsas səbəbi bir neçə il bundan əvvəl Azərbaycan hökumətinin ərzaq təhlükəsizliyi ilə bağlı öhdəliyi üzərinə götürməsi olub.

Bildirək ki, sentyabrın 22-dək davam edəcək seminarda ərzaq təhlükəsizliyi monitorinq sisteminin ətraflı təqdimatı, digər ölkələrdə bu sahədə artıq əldə olunmuş təcrübənin öyrənilməsi və nəzərdən keçirilməsi, sistemin Azərbaycanda da mümkün olan tətbiqinə dair müxtəlif hökumət qurumlarını təmsil edən rəsmiləri ilə ətraflı fikir mübadiləsi aparılacaq.






21 Sentyabr, 2011  17:46 Baxılıb: 888 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
13 Avqust, 2022  13:57

11 Avqust, 2022  13:03




9 Avqust, 2022  13:01





2 Avqust, 2022  10:01


1 Avqust, 2022  13:43





27 İyul, 2022  13:07





28 İyun, 2022  10:23

21 İyun, 2022  11:52



7 İyun, 2022  10:00






23 May, 2022  14:04


20 May, 2022  10:17


16 May, 2022  14:23



2 May, 2022  11:38









14 Mart, 2022  13:47


sagbanner