Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Azərbaycanın Olimpiya planı

Çingiz Hüseynzadə: "Lisenziyaların sayının artacağaına əminik"

London Yay Olimpiya Oyunlarına təxminən 50-dən çox lisenziya qazanmağı planlaşdırırıq və hələ ki işlər planlar üzrə gedir. Bunu Trend-ə çərşənbə günü Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə bildirib.

O qeyd edib ki, ənənəvi olaraq Azərbaycan əsasən güləş, cüdo, boks növlərində daha çox vəsiqə qazanır.

"Bu il keçiriləcək boks üzrə dünya çempionatından sonra lisenziyaların sayının artacağına əminik", - Hüseynzadə deyib.

MOK vitse-prezidenti bu günədək qazanılan lisenziyalarda avarçəkənləri xüsusi qeyd edib.

"Avarçəkmə ölkədə yeni idman növüdür və artıq Olimpiya Oyunlarında çıxış edəcək. Biz bu lisenziyaları gözləyirdik, çünki bundan əvvəlki dünya və olimpiya oyunlarında yaxşı nəticələr var idi. Hər şey plan üzrə gedir", - Hüseynzadə bildirib.

Azərbaycan milli komandası London-2012-yə artıq 16 lisenziya qazanıb. Olimpiyadaya Azərbaycandan vəsiqəni sərbəst güləşçilər Şərif Şərifov (84 kq), Cəbrayıl Həsənov (66 kq), Əşrəf Əliyev (74 kq) və Cəmaləddin Maqomedov, Yunan-Roma güləşçiləri Rövşən Bayramov (55 kq), Saman Təhmasibi (84 kq), qadınlardan Mariya Stadnik (48 kq), atletikanın çəkicatma növündə Dmitri Marşin, taekvondoçular Fəridə Əzizova (67 kq) və Ramin Əzizov (80 kq), boksçu Soltan Migitinov (75 kq), güllə atıcısı İradə Aşumova, kanoeçilər Valentin Demyanenko (1 nəfərlik qayıqla 200 metr) və Sergey Bezuqlıy - Maksim Prokopenko dueti (2 nəfərlik qayıqla 1000 metr), akademik avarçəkənlər Aleksandr Aleksandrov və Nataliya Mustafayeva (hər 2-si 1 nəfərlik qayıqla 2000 metr) qazanıblar.






21 Sentyabr, 2011  16:30 Baxılıb: 779 Çap

Bu bölmədə

11 Avqust, 2022
Sabah 40° isti olacaq

XƏBƏR LENTİ
13 Avqust, 2022  13:57

11 Avqust, 2022  13:03




9 Avqust, 2022  13:01





2 Avqust, 2022  10:01


1 Avqust, 2022  13:43





27 İyul, 2022  13:07





28 İyun, 2022  10:23

21 İyun, 2022  11:52



7 İyun, 2022  10:00






23 May, 2022  14:04


20 May, 2022  10:17


16 May, 2022  14:23



2 May, 2022  11:38









14 Mart, 2022  13:47


sagbanner