Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Elçin Əfəndiyev əlillərin vəziyyətinə diqqət çəkdi

"Azərbaycanda əlillərlə əlaqədar görülən işlərdə mütərəqqi dünya təcrübəsinə istinad prioritet istiqamətlərdəndir"

Azərbaycanda əlillərlə əlaqədar görülən işlərdə müasir iş üsullarına, mütərəqqi dünya təcrübəsinə istinad edilməsi prioritet istiqamətlərdəndir.

 Simsar.az-ın məlumatına görə, bunu çərşənbə axşamı əlillərin problemlərinə həsr olunmuş "Təcriddən inteqrasiyaya doğru" I Bakı Beynəlxalq Konfransının açılış mərasimində Baş nazirin müavini Elçin Əfəndiyev bildirib. Onun sözlərinə görə, hazırda Azərbaycanda 419 598 nəfər əlilliyi olan şəxs, o cümlədən 59 207 nəfər sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq var.

Əfəndiyev bildirib ki, əlilliyi olan insanların cəmiyyətə inteqrasiyası məqsədilə həyata keçirilən tədbirlərin daha səmərəli təşkilində bütün vətəndaş cəmiyyəti yaxından iştirak etməli, əlilliyi olan şəxslərə dayaq olmalıdır.

"Bu gün fiziki məhdudiyyətli insanların tibbi-sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində ardıcıl tədbirlər görülür, bərpa mərkəzlərində hər il 8 min nəfərdən çox əlilliyi olan insana xidmət göstərilir", - o əlavə edib.

Baş nazirin müavini qeyd edib ki, Heydər Əliyev Fondunun əlilliyi olan istedadlı insanların yaradıcılığını hərtərəfli dəstəkləməsi, onların yüksək səviyyəli mədəni-kütləvi tədbirlərdə iştirakının təmin olunması sahəsində gördüyü işlər, o cümlədən "İnsanlara məhdudiyyət yoxdur" təbliğat kampaniyası olduqca əhəmiyyətlidir.






20 Sentyabr, 2011  15:23 Baxılıb: 830 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner