Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

NÖMRƏ NİŞANLARINA ELEKTRON DAŞIYICILAR YERLƏŞDİRİLƏCƏK

Azərbaycanda yaxın gələcəkdə dövlət nömrə nişanlarında elektron daşıyıcılar yerləşdiriləcək.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib ki, elektron daşıyıcılar vasitəsilə həmin avtomobil və nömrə ilə bağlı bütün məlumatları oxumaq mümkün olacaq.

Əliyev qeyd edib ki, elektron daşıyıcılar nömrənin saxta olub-olmamasını, həmin avtomobilə məxsusluğunu, avtomobil və nömrəyə aid bütün məlumatları öyrənməyə imkan verəcək.

Şöbə rəisi yaxın gələcəkdə elektron daşıyıcıları olan nömrə nişanlarının tətbiqinə başlanacağını deyib.

İdarə sözçüsü bundan əvvəl avtomobillərin dövlət nömrə nişanlarında tətbiq olunan son yeniliklərə toxunaraq qeyd etmişdi ki, yeni dövlət nömrə nişanlarında ilk baxışdan fərq hiss olunmasa da, nömrələrin keyfiyyəti yüksəldilib.

Avtomobillərin dövlət nömrə nişanlarının üzərində olan Azərbaycanın dövlət bayrağı dalğalı formada deyil, artıq düzbucaq formasında vurulur. Həmçinin nömrənin üz qabığı işığı əks etdirir.

Şöbə rəisi bildirib ki, bu nömrələr yeni qeydiyyatdan keçən avtomobillərə və dövlət nömrə nişanı hansısa səbəbdən korlanan nömrələr yenisi ilə əvəzlənərkən veriləcək.

İkinci halda, avtomobil sahibləri ərazi üzrə imtahan-qeydiyyat şöbələrinə müraciət edərək yeni nömrələr ala bilərlər.






20 Sentyabr, 2011  15:17 Baxılıb: 1027 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner