Təlimlər həftəsonu bitir
Azərbaycan Ordusu Naxçıvan hərbi birləşməsində növbəti genişmiqyaslı təlimlərə başlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a daxil olan məlumata görə, nazir, general-polkovnik Səfər Əbiyevin komandanlığı altında keçirilən təlimlərə quru qoşunları və hava hücumundan müdafiə qoşunlarının hərbi hissələri cəlb olunub.
Təlimlərin həftənin sonunadək davam edəcəyi planlaşdırılır.