Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Hakimlərin çoxu imtahandan kəsildi

414 nəfərdən cəmi 178-i mərhələ keçdi

Azərbaycanda vakant hakim yerlərinə keçirilmiş test imtahanının nəticələri açıqlanıb.

 Məhkəmə-Hüquq Şurasından Simsar.az-a verilən məlumata görə, imtahanda iştirak etmiş 414 nəfərdən 178-i 60 və daha çox bal toplayaraq müsabiqənin ikinci mərhələsində iştirak etmək hüququ qazanıb.

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə Hakimlərin Seçki Komitəsi tərəfindən hakimliyə qəbul üçün test imtahanı keçirilib.

Hakimlərin Seçki Komitəsi tərəfindən hazırlanmış 1000-dən çox test sualları bankından təsadüfi yolla - lototron vasitəsilə 10 variantda sual topluları seçilib. Sonra hakimliyə namizədlər bu sual toplularından birini seçmiş və o yerindəcə çoxaldılaraq cavablandırılması üçün namizədlərə paylanılıb.

Dörd saat davam edən imtahanın nəticələri xüsusi dəqiq avadanlıqla imtahan başa çatan kimi dərhal yoxlanılaraq nəticələr yerindəcə elan olunub.

Son illər ərzində yeni mütərəqqi qaydalara uyğun, çoxmərhələli seçim prosedurları nəticəsində 2200 namizəd sırasından 235 nəfər yüksək hazırlıqlı hüquqşünas yazılı və şifahi imtahanları, habelə uzunmüddətli tədris kurslarını müvəffəqiyyətlə başa vuraraq müvafiq hakim vəzifələrinə təyin ediliblər.






19 Sentyabr, 2011  14:52 Baxılıb: 3108 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner