Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Vergilər Nazirliyi sahibkarı cərimələdi

Onun əmlakı siyahəya alınıb

Vergilər Nazirliyinin 2 saylı Ərazi vergilər İdarəsinin Vergi borclarının məcburi alınması işinin təşkili şöbəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 26-cı məhəllədə yerləşən Əsədov Elxan İzzət oğluna məxsus "Simurq" şadlıq sarayında (VÖEN 2901666232) əmlakın siyahıya alınması tədbirləri həyata keçirilib. Simsar.az nazirliyin saytına istinadən xəbər verir ki, vergi əməkdaşları tərəfindən "Simurq" şadlıq sarayında aparılmış səyyar və kameral vergi yoxlamaları nəticəsində əsas borc 3036,88 manat, maliyyə sanksiyası 16.605,03 manat, faiz borcu 6,07 manat olmaqla ümumi borc məbləğinin 19.647,98 manat olduğu müəyyən edilib.

Sahibkar Əsədov Elxan İzzət oğluna vergi borcunun ödənilməsinə dair 19.647,98 manat məbləğində bildiriş göndərilsə də borc ödənməyib. Vergi Məcəlləsinin əmlakın siyahıya alınması məsələlərini özündə əks etdirən 89-cu maddəsinə əsasən vergi ödəyicisi vergi borclarını müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi 13 sentyabr 2011-ci il tarixdə sahibkar Əsədov Elxan İzzət oğluna məxsus "Simurq" şadlıq sarayında əmlakın siyahıya alınması haqqında Qərar çıxarılıb.

Vergi orqanları əməkdaşları tərəfindən "Simurq" şadlıq sarayında nağd pul vəsaiti aşkar olunmadığından obyektdəki 19.900 manat dəyərində əmlakın siyahıya alınması tədbirlərini həyata keçirilib. Belə ki, 13 ədəd müxtəlif markalı televizor, 5 ədəd müxtəlif markalı kondisioner, 20 ədəd stol-stul dəsti, 5 ədəd divan və jurnal masası dəsti müvafiq qaydada siyahıya alınıb.

Vergilər Nazirliyi bir daha bütün vergi ödəyicilərini Vergi Məcəlləsi ilə nəzərdə tutulmuş öhdəliklərə vaxtında və tam həə əməl etməyə çağırır.






17 Sentyabr, 2011  15:03 Baxılıb: 980 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner