Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Abortdan çəkindirməyin yolu nədir

Deputat təklif edir

İnsanları qadağa ilə yox, maarifləndirmə ilə abortdan çəkindirmək olar. Bunu çərşənbə günü Trend-ə millət vəkili, Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Elmira Axundova bildirib.

Avropa Şurasının Parlament Assambleyasının oktyabrın 5-7-də keçiriləcək payız sessiyasında tibb müəssisələri tərəfindən gələcək valideynlərə doğulacaq körpənin cinsi barədə məlumat verilməsini qadağan edən qətnamənin qəbul olunması gözlənilir. MDB və Balkan ölkələrində abort hallarının çoxalmasını nəzərə alaraq hazırlanan qətnamə layihəsinin Avropa Şurasına üzv olan bütün ölkələrə aid edilməsi planlaşdırılır.

Axundovanın sözlərinə görə, istənilən Azərbaycan vətəndaşı AŞ üzvü olmayan İrana, yaxud Türkmənistana gedərək gələcəkdə doğulacaq uşağın cinsini öyrənə bilər.

"AŞPA-da belə bir qərar qəbul edilsə, bir sıra abort halları azalacaq, amma qeyri-leqal ultra səs müayinələrinin (USM), digər ölkələrə bu məqsədlə gedənlərin sayı artacaq", - millət vəkili deyib.

O, həmçinin belə qərarın qəbul edilməsinin insan hüquqlarının qorunması sahəsində də müəmmalı addım olduğunu vurğulayıb. "Vətəndaşlar gələcək ailə həyatını planlaşdırmaq niyyəti ilə USM aparatlarında müayinəyə gedirlər", - Axundova qeyd edib.

Millət vəkili hesab edir ki, bu məsələnin həllinə geniş maarifləndirmə işləri ilə nail olmaq olar.

"Bəzən qadınlar ailədə onları gözləyəcək problemlərin qarşısını almaq üçün selektiv abort edirlər. Həmin qadınları da başa düşmək olar. İnsanları maarifləndirmək lazımdır ki, hər bir həyat müqəddəsdir, hər bir dünyaya gələn məxluq Allah vergisidir", - Axundova deyib.

O qeyd edib ki, Azərbaycanda həm tibb işçilərinin, həm də vətəndaşların KİV vaistəsilə maarifləndirilməsinə ehtiyac var.






16 Sentyabr, 2011  16:06 Baxılıb: 975 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner