Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

İSLAMÇILARIN MƏHKƏMƏSİNDƏ QALMAQAL

"Allah yalançıya qənim olsun"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə İslam Partiyasının (AİP) sədri Hacı Mövsüm Səmədov, onunla yanaşı – partiyanın sədrinin müavini Vaqif Abdullayev, Astara rayon təşkilatının sədri Rufulla Axundzadə, Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayev, əmisi oğlu Dəyanət Səmədov, Masallı ruhanisi Seyyid Fəramiz Abbasov və Quran hafizi Zülfüqar Mikayılzadənin cinayət işi üzrə məhkəmə davam etdirildi.


Proses başlanan kimi D.Səmədov vəsatətlə çıxış etdi. Təqsirləndirilən şəxs bildirdi ki, istintaq zamanı aparılan üzləşdirmə protokollarında olan imzalar ona aid deyil. D.Səmədov imzaların yoxlanılması üçün ekspertizanın keçirilməsini istədi. Qısa fasilə keçirən hakimlər vəsatəti təmin etmədi.
Daha sonra prosesdə Masallı rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi Əblüfət Abdullayev şahid qismində ifadə verdi. O, bildirdi ki, təqsirləndirilən şəxslərdən Fəramiz Abbasovu tanıyır. Onun sözlərinə görə, F.Abbasov Masallıda keçirilən məclislərdə dövlət əleyhinə çıxışlar edib. Şahid qeyd etdi ki, o, eyni zamanda da hüquq-mühafizə orqanlarının ünvanlarına da kəskin ittihamlar səsləndirib: “Fəramiz Abbasov psixoloq kimidir. O, cavanları ələ almağı bacarır və ətrafına bu yolla toplayırdı. Qeyri rəsmi fəaliyyət göstərən İslam Pratiyasının sədri Mövsüm Sənmədov həbs olunandan sonra Fəramiz Abbasov daha da kəskin danışmağa başladı. Fəramiz Abbasov hətta silahlı müqavimət göstərməyidə bəyan edirdi. Onun bu hərəkətləri ilə bağlı polis şöbəsinə əməliyyat m əlumatları daxil olurdu. Bizdə məlumat var idi ki, Fəramiz Abbasovun evində silah var. Çünki o, məcilislərdə silahı olduğunu, silahlı müqavimətlər göstərməkdən qorxmadığını açıq-aydın ifadə edirdi. O, saxlanılan gün Xıl kəndinə yollandıq. Onu saxlamaq və silahı olmasını bildirdikdə səs-küy salmağa başladı. Əməliyyat qrupu onun evinə yollandıq. Arvadının əlində iki qara torba vardı. Arvadı bizə dedi ki, bombamızda var. Biz həyətdə apardığımız yoxlamadan sonra silah-sursat tapdıq. Həmin vaxt evdən 20 dədə əl qumbarası, 8 ədəd “şaşka”, 70 ədəd müxtəlif növ patron, AKM, makarov tipli silahlar aşkar edildi. Həmin vaxt ərziyə çoxlu sayda vətəndaş gəldiyindən hadisə yerində protokol tərtib edə bilmədik. Buna görə də şöbədə hal şahidlərinin iştirakı ilə protokol tərtib edildi”.
Bölmə rəisi F.Abbasovun vəkilinin ünvanına kəskin ittihamlar səsləndirdi: “Təqsirləndirilən şəxsin vəkili rayonda şahidlərin yanına gedir, onlara ifadələrinin dəyişdirimələri ilə bağlı təqyiqlər edir”.
F.Abbasov:
- Allah yalançıya qənim olsun. Məndə silah olmayıb. Polisin özü qoyub.
Şahid:
- Deyirlər ki, polislər atıb, bu ağ yalandır. Əgər 102 xidmətinə məlumat verərdilər. Məsuliyyətdən yaxa qurtaradılar. Əməliyyatı polislər aparıb, hal şahidləridə iştirak edib. Silah-sursatın tapılması ilə bağlı protokol tərtib etməyə imkan vermirdilər. Həmin gün şöbənin qarşısına 500-600 nəfər toplaşmışdı.
F.Abbasov:
- Yalançının atasına lənət.
Şahid:
- Sənin atana lənət.
R.Axundzadə:
F.Abbasov:
- Mən demədim ki, sənin atana lənət, dedim ki, yalançının atasına lənət.
R.Axundzadə:
- Hörmətli hakim, şahid bizi təhqir edir, bu protokollarda qeyd edilməlidir.
Hakim:
- Sizdə təhqirə yol verirsiz. Sakit olun.
R.Axundzadə:
- Biz tədbir görülməsini istəyirik.
Hakim:
- Sizin haqqınızda danışmırlar. Siz nə səs-küy salırsız.
R.Axundzadə:
- Bizim haqqımızda ümumi danışılır. Azərbaycanda adam tapılmaz ki, seyidə soysün. Bu şahid seyidi soyüb, təhqir edir.
F.Abbasov:
- Mən bu şahid haqqında çox məlumata malikəm. Amma bu barədə danışmayacaqdım. Lakin danışmağa məcburam. Bu şahidin anası bəlli deyil. Bunu deməyə məcbur oldum.
F.Abbasovun vəkili Məzahir Şahmarovun şahidə suallar verməsi prokurorun etirazına səbəb oldu. Prokurorla vəkilin mübahisəsini hakim sakitləşdirəndən sonra şahid vəkilin suallarınan cavablandırmaqda davam etdi:
- Şahidlərə necə təzyiq olur?
Prokuror həmin suala yenə də etiraz etməsi və şahidin vəkilin sullarından imtina etməsi ilə bağlı prokurorun çıxışına vəkil etiraz etdi. Vəkil bildirdi ki, prokurorun barəsində tədbir görülsün. Hakim prokurora xəbərdarlıq edəndən sonra vəkil yenə də suallarını verdi. Şahid sualları cavablandırarkən bildirdi ki, təxminən 10-15 gün əvvəl şahidlərə təzyiq edilməsi barədə polis şöbəsinə məlumat daxil olub. Vəkil şahidin ifadəsi ilə bağlı vəsatətlə çıxış etdi. Şahid tərəfindən ittiham olduğunu deyən vəkil bildirdi ki, onun vəkil tərəfindən şahidlərə təzyiq göstərməsi ilə bağlı səsləndirdiyi faktları məhkəməyə təqdim etsin. Vəkil qeyd etdi ki, bununla bağlı tədbirlər görəcək. Hakim bildirdi ki, məhkəmə müşavirə otağında bu məsələlərə mübasibət bildirəcək. Məhkəmə sentyabrın 16-da davam etdiriləcək.

Musavat.com






15 Sentyabr, 2011  20:53 Baxılıb: 1578 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner