Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

İş adamı: "Polkovnik məndən yüz min aldı ki, tenderdə qalib olacam"

Müdafiə Nazirliyi isə ittihamı qəbul etmir

Müdafiə Nazirliyinin rəhbərliyində təmsil olunan şəxslərlə bağlı qalmaqallar səngimir. Bu dəfə ittiham hədəfi Müdafiə Nazirliyinin işlər idarəsinin rəisi polkovnik Baxış Ələkbərovdur.


“MilAz” İA-ya daxil olan məlumatlara görə, B.Ələkbərov bir iş adamından 100.000 (yüz min) AZN alaraq Müdafiə Nazirliyinin keçirdiyi tenderdə onun qalib olacağına kömək edəcəyini söz verib. Amma iş düzəlməyib və həmin iş adamı qalib olmayıb. Ona görə də həmin şəxs B.Ələkbərovdan pullarını geri tələb edib. “Lakin B.Ələkbərov pulları xərclədiyi üçün qaytara bilməyib. Belə olan təqdirdə iş adamı polkovnikin hərəkətlərindən şikayət verib”, - deyə mənbə bildirdi.


Məlumatda bildirilir ki, müdafiə naziri Səfər Əbiyev məsələ ilə əlaqədar araşdırma aparılmasına göstəriş verib. Araşdırmanın nazirliyin hüquq idarəsinin rəisi polkovnik Rauf Kişiyev tərəfindən aparıldığı bildirilir.

Məsələ ilə bağlı MN mətbuat xidmətinin mövqeyini öyrənməyə şalışdıq. Qurumun əməkdaş kapitan Teymur Abdullayev: “Belə bir şey yoxdu. Baxıçş müəllim məzuniyyətdədir” deməklə kifəyətləndi.

Məsələ ilə bağlı araşdırmalarımız davam edir.






15 Sentyabr, 2011  20:33 Baxılıb: 1022 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner