Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

MİSİR MƏRDANOV PREZİDENTLƏ BİR ARADA OLMADI

İlham Əliyev məktəbin açılışında nazirsiz iştirak edib

Sentyabrın 15-i Azərbaycanda yeni dərs ili başlanıb. Bu münasibətlə prezident İlham Əliyev Bakıda əsaslı təmir olunan və yenidən qurulan 6 saylı orta məktəbin açılışında iştirak edib.


“Media forum” saytı xəbər verir ki, prezidenti müşayiət edənlər arasında təhsil naziri Misir Mərdanov olmayıb.

Sayt vurğulayır ki, son illərdə ilk dəfədir Bilik Günü təhsil naziri prezidentin iştirakı ilə keçirilən rəsmi tədbirdə görünməyib.

2010-cu il sentyabrın 15-də Bakıda prezident İlham Əliyevin iştirakı ilə 132-134 nömrəli təhsil kompleksi yenidənqurmadan sonra istifadəyə verilib. Tədbirdə təhsil naziri Misir Mərdanov da iştirak edib.

2009-cu il sentyabrın 15-də prezident İlham Əliyevin iştirakı ilə Təhsil Nazirliyinin Bakının Nəsimi rayonundakı elitar gimnaziyası əsaslı bərpa və yenidənqurmadan sonra istifadəyə verilib. Tədbirdə təhsil naziri Misir Mərdanov da iştirak edib.

2008-ci il sentyabrın 15-də prezident İlham Əliyevin iştirakı ilə Yasamal rayonunda şəhid Paşa Nəzərov adına 60 nömrəli orta məktəbin yeni binasının açılış mərasimi olub. Tədbirdə təhsil naziri Misir Mərdanov da iştirak edib.

2007-ci il sentyabrın 15-də prezident İlham Əliyev Əzizbəyov rayonunun Buzovna, Şüvəlan, Binə qəsəbələrində və Yasamal rayonunda bir neçə orta məktəbdə olub. Hamısında təhsil naziri Misir Mərdanov dövlət başçısını müşayiət edib.

2006-cı il sentyabrın 15-də prezident İlham Əliyevin iştirakı ilə Sabunçu rayonunun Zabrat qəsəbəsində 1176 yerlik orta məktəb binasının təntənəli açılış mərasimi keçirilib. Tədbirdə təhsil naziri Misir Mərdanov da iştirak edib.

“Media forum” 2011-ci ilin Bilik Günündə, 6 saylı orta məktəbdə təhsil nazirinin prezidentin yanında olmamasının səbəbini öyrənmək üçün Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxlamağa çalışıb. Amma bu mümkün olmayıb.

Bilik Günü Misir Mərdanovun İlham Əliyevi müşayiət etməməsi prezidentin təhsil nazirinin üç müavininin üçünü də işdən çıxarması hadisəsindən bir gün sonraya təsadüf edir. Sentyabrın 14-də İlham Əliyev təhsil nazirinin müavinləri İsgəndər İsgəndərov, İradə Hüseynova və Elmar Qasımovu işdən çıxarıb.

“Media forum”un məlumatına görə, sentyabrın 15-də dövlət başçısı 6 saylı orta məktəbin həyətinə toplaşan müəllim, şagird və valideynlər qarşısında çıxış edib. İlham Əliyev bildirib ki, bu gün yenidən qurulan məktəbin tarixində əlamətdar gündür: “Məktəb yenidən qurulandan sonra ən yüksək standartlara cavab verir. İndi bu təhsil ocağında həm müəllimlər, həm də uşaqlar üçün çox gözəl şərait yaradılıb.

Mənim üçün 6 saylı məktəb doğma, əziz məktəbdir. Mən on il bu məktəbdə oxumuşam, bu ətraf ərazilər mənim üçün doğmadır. Uşaqlıq yaşlarım bu məhəllədə keçib. Çox şadam ki, böyük tarixə malik olan 6 saylı məktəbin bu gün yeni həyatı başlanır. Mənim üçün məktəb illəri çox doğma, əziz illərdir. Bu məktəbdə mənə verdikləri biliklərə görə öz müəllimlərimə minnətdaram və o xatirələri həmişə qəlbimdə saxlayıram”.

Prezident vurğulayıb ki, indi əsas məqsəd təhsilin keyfiyyətinin, səviyyəsinin yüksəldilməsidir: “Bu gün Azərbaycan gəncləri təhsilə meyllidirlər. Ümidvaram ki, təhsil sahəsində həyata keçiriləcək islahatlar gələcəkdə daha gözəl nəticələrə gətirib çıxaracaq”.






15 Sentyabr, 2011  20:04 Baxılıb: 1451 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner