Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Misir Mərdanovun 3 müavinin çıxarılmasına deputatdan reaksiya

Musa Qasımlı: "Dövlət lazım olanları edib, əsas direktorlar və müəllimlərdi" 

Təhsil nazirinin üç müavininin işdən azad edilməsi Prezident İlham Əliyevin təhsilimizin inkişafına daha böyük diqqətinin nəticəsidir.

Bunu Simsar.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Musa Qasımlı deyib. Onun sözlərinə görə, ölkə başçısının bu qərarı ölkəmizdə təhsilə verilən diqqətin nümunəsidir. Hesab edirəm ki, bu addım təhsilimizdə müəyyən irəliləyişlərə gətirəcək.

Deputat vurğulayıb ki, bu, bir daha göstərir ki, ölkəmizin inkişafında təhsil priolitet istiqamətlərdən biridir: “Bildiyiniz kimi, hətta ən ucqar dağ kəndlərində belə müasir tipli məktəblər tikilib və müasir texnologiyalarla təchiz edilib. Bütü avadanlıq verilib. Dövlət lazım olan məsələləri həll edib. Əsas məktəb direktoru və müəllimlərdir. Bu isə rayon təhsil şöbələrinin və yerli icra hakimiyyəti orqanlarının biləvasitə məhsuliyyətidir. Əminəm ki, orta məktəblərimizdə ciddi nizam-intizam daha da möhkəmləndiriləcək və dərslərin keyfiyyəti artırılacaq".

Xatirladaq ki, təhsil nazirinin müavinləri İradə Hüseynova, Elmar Qasımov və İsgəndər İsgəndərov Prezident İlham Əliyevin sərəncamı ilə dünən işdən azad olunublar. Nazirliyin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Qulu Novruzov nazir müavini təyin olunub. Digər iki müavin vəzifəsinə hələlik təyinat yoxdur.






15 Sentyabr, 2011  15:34 Baxılıb: 1055 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner