Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

NAXÇIVANA SƏFƏR EDƏN HEYƏT BƏYANAT VERDİ

Bəyanatda şikayətlər əksini tapıb

Bu günlərdə Naxçıvanda səfərdə olan KİV və hüquq-müdafiə təşkilatlarının nümayəndələrindən ibarət qrup bu gün bəyanat yayıb. Sənəddə deyilir: “Sentyabrın 12-də KİV və hüquq-müdafiə təşkilatlarının nümayəndələrindən ibarət 20 nəfərlik qrup Naxçıvan Muxtar Respublikasına səfər edib. Səfərdə məqsəd insan hüquqlarının müdafiəsi və ifadə azadlığı sahəsində vəziyyətlə tanışlıq olub.

Qrup hüquqları NMR dövlət orqanları tərəfindən pozulan yerli sakinlərlə görüş keçirib. Onların yerli icra və hüquq-mühafizə orqanlarının fəaliyyətindən şikayətləri dinlənilib. Bu şikayətlər insan hüquq və azadlıqları sahəsində problemlərin olmasından xəbər verir.
Vətəndaş cəmiyyətinin nümayəndələri Reportyorlarını Azadlığı və Təhlükəsizliyi İnstitutunun əməkdaşı Həkimeldostu Mehdiyevin elektrik enerjisinin oğurlanmasına dair uydurma işi üzrə məhkəmədə iştirak edib.
Qrup bu məsələ ilə bağlı dövlət qurumlarının, əsasən Milli Təhlükəsizlik Nazirliyinin və insan hüquqları üzrə müvəkkilin fikirlərini öyrənə bilməyib. Hər iki qurumda Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələrini qəbul etməkdən və onları maraqlandıran suallara cavab verməkdən kobud şəkildə imtina edilib.
NMR MTN-in mətbuat xidmətinin adını açıqlamayan nümayəndəsi bu yaxınlarda həbsdə saxlanılarkən ölən və İranın xüsusi xidməti ilə əməkdaşlıqda ittiham olunan Turac Zeynalovun işi üzrə danışmaqdan imtina edib. Ombudsman aparatında da adını açıqlamayan əməkdaş ombudsmanla görüşə yol verilməməsi barədə özbaşına qərar verib və kobud şəkildə qrup üzvlərinin binanı tərk etməsini tələb edib. Bundan əlavə, Ombudsman Aparatından NMR DİN-ə şikayət daxil olub ki, guya vətəndaş cəmiyyətinin nümayəndələri ictimai asayişi pozan hərəkətlərə yol veriblər. NMR DİN İctimai Təhlükəsizlik İdarəsinin rəisi Əziz Eyyubov Ombudsman Aparatının şifahi məlumatı əsasında nümayəndə heyətini icitimai asayişi pozmaqda ittiham edib və Naxçıvanı tərk etməyi tələb edib, əks halda, xoşagəlməz hadisələrin olacağı ilə hədələyib.
Hər üç halda hakimiyyət nümayəndələri jurnalistlərə və hüquq müdafiəçilərinə qarşı kobudluq nümayiş etdiriblər, açıq şəkildə zorakılıqla hədələyiblər. Hər dəfə qrup üzvləri hakimiyyət orqanları nümayəndələrinin qarşıdurmaya təhrik edən hərəkətlərindən qaçaraq qanun çərçivəsində davranıblar və missiyanı planlaşdırılmış vaxtda başa çatdırıblar.
Beləliklə, səfər zamanı insan hüquq və azadlıqlarının vəziyyətinə dair obyektiv mənzərənin yaradılması məqsədilə jurnalistlərin və hüquq müdafiəçilərinin informasiya əldə etmək barədə konstitusion və qanuni hüquqları pozulub.
Qrup üzvləri NMR MTN, DİN, həmçinin Ombudsman Aparatının rəsmi nümayəndələrinin qanunsuz hərəkətlərini pisləyir və Azərbaycan Respublikasının müvafiq qurumlarını gələcək pozuntuların aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görməyə çağırır.
Qrup üzvləri ölkə hakimiyyətini Azərbaycan Respublikası Konstitusiyasına, qanunvericiliyinə və beynəlxalq öhdəliklərə uyğun olaraq NMR dövlət qulluqçuları arasında insan hüquq və azadlıqları sahəsində maarifləndirmə işi aparmağa çağırır".






15 Sentyabr, 2011  15:17 Baxılıb: 968 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ






16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27









sagbanner