Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Hüseyn Abdullayevdən möhtəşəm bəstə

“Əsərdə həmin müqəddəs duyğuları əbədiləşdirməyə çalışmışam”

Milli Məclisin sabiq deputatı, “Oğuz Eli” İctimai Birliyinin sədri Hüseyn Abdullayev Qafqaz İslam Ordusunun təntənəli zəfərləri haqqında yeni əsər yazıb. Bu əsər Türkiyənin ən böyük orkestrlərinin birinin müşayiəti ilə səsləndirilib və lentə alınıb. Bu barədə müəllifin özü ilə görüşərək onun indiki məqamda belə bir mövzuya müraciət etməsinin səbəblərini öyrənməyə çalışdıq.

- Hüseyn bəy, indi əksər bəstəkarlarımız daha çox dəbdə olan yüngül musiqilərə üz tuturlar. Ciddi mövzularda yazılan əsərlərə isə çox nadir hallarda rast gəlirik. Sizi belə bir mövzuya müraciət etməyə nə vadar etdi?
- Bildiyiniz kimi, bu il Azərbaycanda dövlət müstəqilliyimizin 20 illiyi qeyd olunur. Bu yöndə mühüm dövlət tədbirləri keçirilir. Ötən müddətdə Azərbaycanın ən böyük uğuru elə bu müstəqilliyin qorunub saxlanılmasıdır. Hər hansı bir millətin tarixi əzəməti onun müstəqil dövlətinin olması və bunun qorunub saxlanılmasından ibarətdir. Bax bu mənada mən bu əsəri dövlət müstəqilliyimizin 20 illik şərəfinə həsr etmişəm. Ancaq bununla yanaşı, Konstitusiyamızda qeyd olunduğu kimi, indiki Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Unutmaq olmaz ki, bu möhtəşəm tarixə görə hamımız Qafqaz İslam Ordusunun xilaskar kimi misilsiz xidmətlərinə görə həm də Anadolu türklərinə minnətdarıq. Mən şəxsən Azərbaycan və Anadolu türklərini heç zaman bir-birindən ayırmamışam. Bu həmin Qafqaz İslam Ordusudur ki, Azərbaycanın bir dövlət olaraq qurulmasında yaxından iştirak etməklə yanaşı, həm də bu yolda minlərlə əsgəri şəhid olmuşdur. Onların bizim milli tariximizdə göstərdikləri bu qəhrəmanlıq salnaməsi şəxsən mənim üçün xüsusi önəm daşıyır. Bu möhtəşəm tarixi əbədiləşdirmək məqsədilə bu əsəri yazmışam. Mən bu tarixi həqiqətin əzəmətini yaratmaqla həm də öz milli borcumu yerinə yetirmək istəmişəm. Çünki bu möhtəşəm tarixi həqiqət mənim türklük fəlsəfəmə tamamilə uyğundur. Bu əsəri yaratmaqla həm də gənclərimizin qan yaddaşını bir daha yeniləməyə çalışmışam. Qafqaz İslam Ordusu 1918-1919-cu illərdə ermənilərin silahlı birliklərinin Şuşa, Şamaxı, Gəncə, Naxçıvan, İrəvan, Quba, Salyan, Göyçay, Bakı, Yevlax və digər bölgələrimizdə vəhşicəsinə törətdikləri qətliamların qarşısının alınmasında misilsiz xidmət göstəribdir. Bu barədə son illərdə sənədli filmlər çəkilib, çoxlu elmi əsərlər yazılıbdır. Ancaq musiqi əsəri yazılmamışdı. Mən də bir sənət adamı kimi bu əzəmətli tarixə istinad etməklə musiqinin dili ilə həqiqətin gözünün içinə baxmaq istəmişəm.

- Haqlı olaraq qeyd etdiniz ki, Azərbaycanın ən ağır vaxtında qardaş Türkiyə yanımızda olmuş və dövlət müstəqilliyimizin qorunub saxlanmasında minlərlə şəhid vermişdir. Bəs indi necə, iki qardaş dövlət arasında münasibətlər Sizi qane edirmi?
- Bütün müşahidələr onu deməyə əsas verir ki, tarix hər zaman olduğu kimi, təkrar olunur. 1918-1920-ci illərdə Azərbaycanın dövlət müstəqilliyini o zamanlar indiki BMT-ni əvəz edən Millətlər Şurası belə tanımaq istəməmişdir. Elə indinin özündə belə bir sıra xarici, beynəlxalq və bəzi daxili qüvvələr bu iki qardaş dövlətin qarşılıqlı şəkildə inteqrasiyasına mane olmağa çalışırlar. Lakin biz unutmamalıyıq ki, nə Türkiyənin Azərbaycanı, nə də Azərbaycanın Türkiyəni hansısa yad bir ölkə kimi qəbul etməsi mümkün deyil. Belə bir siyasəti aparmaq istəyənlərin hədəfləri heç zaman ayaq tutub yeriməyəcək. Elə Qafqaz İslam Ordusunun əzəmətli və şanlı tarixi bütün bunlara ən tutarlı cavabdır. 1918-ci ildə Azərbaycanın 1828-ci ildən sonra yenidən öz dövlət müstəqilliyinə qovuşmasında Qafqaz İslam Ordusunun Azərbaycanda gördüyü işlər cəmiyyətdə əksəriyyət tərəfindən rəğbətlə qəbul edilir. Buna görə də Qafqaz İslam Ordusunun xidmətlərini unutmaq olmaz. 1920-1923-cü illərdə Anadoluda yenicə dağılan Osmanlı imperiyasının ərazisində xarici dövlətlər buranı tamamilə işğal etmək üçün yüzminlərlə sayda əsgəri qüvvələrini yeritmişdilər. Məhz bu ağır və çətin dövrdə Azərbaycanın Naxçıvan, İrəvan, Qarabağ, Şəki, Qax, Göyçay, Dərbənd, Borçalı, Təbriz, Urmu, Gəncə, Qazax və digər bölgələrindən minlərlə könüllü silahlı dəstələr başda Çanaqqala olmaqla, Türkiyənin digər bölgələrində şərəflə döyüşdülər. Çox maraqlı hal odur ki, Azərbaycanın hər guşəsində türk əsgərinin şəhid məzarı olduğu kimi, Türkiyənin də əksər bölgələrində könüllü olaraq döyüşən azərbaycanlıların şəhid məzarları və xatirə abidələri mövcuddur. Bu iki qardaş xalqın tarixi missiyası indiki nəsil üçün ən böyük milli yurdsevərlik və şərəf məktəbidir. Əslində bütün bunlara Azərbaycan və Türkiyənin qan, dil və din qardaşlığı can birliyi kimi baxılmalıdır. Müasir Azərbaycan və Türkiyənin bir dövlət kimi mövcudluğu şəhid və qazilərimizin bizə olan əmanətidir. Bu əmanəti göz bəbəyimiz kimi qorumalıyıq. Qafqaz İslam Ordusunun xatirəsinə həsr etdiyim bu əsərlə həmin müqəddəs duyğuları əbədiləşdirməyə çalışmışam.

- Biz bu əsəri dinlədikcə klassik mədəni irsimizin ənənələrinə söykənməklə və müasir pop üslubunda Anadolu və Azərbaycan milli musiqisinin ladlarının uzlaşma prinsipləri əsasında orkestrin və ifaçıların da əməyinə heyran qaldıq. Bu uğura necə imza atdınız?
- Qafqaz İslam Ordusu haqqında yazdığım bu əsərimi onu orkestrlə birlikdə hazırlamaq nə qədər çətin olsa da, indi bundan fəxr duyuram. Çünki bu əsərin motivləri Azərbaycan və Türkiyəni candan əziz sevənlərin ruhunu oxşayacağına inanıram. Haqlı olaraq qeyd etdiniz ki, bu əsərin ladı ortaq türk mədəni irsinin prinsiplərinə söykənir. Son zamanlar ortaq əlifba, mədəniyyət, dil, iqtisadiyyat, KİV-lərin yaradılması üçün çox ciddi addımlar atılmışdır. Mən də bir sənət adamı kimi Qafqaz İslam Ordusu haqqında yazdığım son əsərimdə, digər əsərlərimdə də bu prinsiplərə əməl etməyə çalışıram.

Musavat.com






15 Sentyabr, 2011  12:35 Baxılıb: 798 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
18 Sentyabr, 2020  11:09

18 Sentyabr, 2020  09:52



17 Sentyabr, 2020  10:18

16 Sentyabr, 2020  09:30






10 Sentyabr, 2020  10:09




9 Sentyabr, 2020  14:11






9 Sentyabr, 2020  09:31





5 Sentyabr, 2020  10:17


4 Sentyabr, 2020  13:34




3 Sentyabr, 2020  11:48

1 Sentyabr, 2020  13:52



1 Sentyabr, 2020  09:18






31 Avqust, 2020  09:11



29 Avqust, 2020  11:20



26 Avqust, 2020  09:12

25 Avqust, 2020  13:38

sagbanner