Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

YENİ YATAQLAR AZƏRBAYCANIN MÖVQEYİNİ MÖHKƏMLƏNDİRİR

Yeni yataqlar Azərbaycanın qaz ölkəsi kimi mövqelərini möhkəmləndirir - ARDNŞ

Azərbaycanda yeni qaz yataqlarının kəşfi qaz ölkəsi kimi dünyada ölkənin mövqelərini daha da möhkəmləndirir.Bu barədə ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) prezidenti Rövnəq Abdullayev bildirib.

"Şahdəniz" yatağının kəşfindən sonra Azərbaycan böyük qaz ehtiyatlarına malik ölkə kimi tanındı. Ötən il "Ümid" yatağının və bu il isə "Abşeron" blokunda yeni iri qaz yatağının kəşfi Azərbaycanın böyük qaz ehtiyatlarına malik ölkə olduğunu təsdiq edir.

Yataqdakı potensial ehtiyatların həcmi 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat təşkil edir. Müvafiq olaraq, Azərbaycanda sübut edilmiş qaz ehtiyatlarının həcmi 2,55 trilyon kubmetrədək artıb.

Abşeron layihəsinin iştirakçıları: ARDNŞ - 40% Fransanın Total şirkəti - 40% və Gaz De France Suez - 20%.

"Abşeron" strukturu üzrə müqavilə 2009-cu il fevralın 27-də ARDNŞ və Total şirkəti arasında imzalanıb. Total daha sonra müqavilədəki iştirak payının 20%-ni Gaz De France Suez şirkətinə verib.






15 Sentyabr, 2011  02:49 Baxılıb: 943 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner