Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

POLŞA SƏHİYYƏ NAZİRİNİN MÜAVİNİ SAĞLAM YAŞAMAĞIN YOLUNU GÖSTƏRDİ - EKSKLÜZİV - FOTOSSESİYA

Bakıda səfərdə olan Adam Fron Çak Simsar-az-a danışdı

Xəbər verdiyimiz kimi, Simsar.az-ın əməkdaşları Moldovanın Azərbaycandakı səfirliyini ziyarət edib. Səfirdən götürdüyümüz geniş müsahibə ilə yaxın günlərdə tanış olacaqsız.

Səfirlikdə mühüm tədbirə qatılan, Bakıda keçirilən Ümumdünya Səhiyyə Təşkilatının 61-ci sessiyasında iştirak edən Polşanın səhiyyə nazirinin müavini Adam Fron Çakdan götürdüyümüz ekslüziv açıqlamanı diqqətinizə çatdırırıq.

Polşanın səhiyyə nazirinin müavini Adam Fron Çak ikinci dəfə Bakıda olmasındam məmnun olduğunu bildirərək, həm sessiyanı, həm də səhiyyə sahəsində qarşılıqlı əməkdaşlığı yüksək dəyərləndirdiyini bildirdi: “Hazırda Moldova səfirliyindəyik. Moldava səhiyyə naziri ilə Polşa səhiyyə nazirliyi arasında sağlamlığın qorunması mövzusunda müqavilə imzalandı. İnanıram ki, bu müqavilə hər iki ölkə arasında sağlamlıq mövzusunda əməkdaşlığın inkişafına səbəb olacaq. Bakıya Ümumdünya Səhiyyə Təşkilatının 61-ci sessiyasında iştirak etmək üçün gəlmişəm. Bakıda olmaqdan çox məmnunam, artıq ikinci dəfədir ki, Bakıdayam. Bir il bundan əvvəl noyabr ayında biznes forumunun keçirildiyi ərəfədə Azərbaycana gəlmişdim, hələ o vaxt belə bir imkan olmuşdu ki, sizin səhiyyə naziriniz ilə əməkdaşlıq mövzusunda danışaq. İki il bundan əvvəl Polşada da belə bir görüş baş tutmuşdu və hələ o zaman biz bu əməkdaşlığın əsası barədə danışmışdıq. Bu treninqlər polşalı həkimlər üçün Bakıda, azərbaycanlı həkimləri üçün Polşada ürək cərrahiyəsi mövzusunda keçirilir. Polşa Avropa İttifaqının bir təmsilçisi kimi burada iştirakdan şərəf duyur. Fürsətdən istifadə edib, tədbirin təşkilatçılıqlarına təşəkkürümü bildirirəm. Biz ölkələrimiz arasındakı dostluğu bir daha hiss etdik. Səhiyyə Nazirliyinin bizim ölkəyə çox yaxşı emosiyalarını gördük”.

Yapon alimi Nişe insan səhhətində yaranan xəstəliklərin qida ilə əlaqəli olduğunu deyir. 21-ci əsrdə sağlamqlıqla bağlı problemlərin və çoxlu xəstəliklərin cərəyan etməsindən də danışdıq. Cənab nazirdən Polşa səhiyyəsinin bu məsələdə hansısa bir konseptual sənəd ortaya qoymasını və dünyadakı xəstəliklərin qida ilə nə qədər bağlı olduğunu soruşduq. Polşanın səhiyyə nazirinin müavini A.F.Çak hazırda yaxşı sağlamlıq və sağlamlığın qorunması mövzusunda 4-cü dövlət kompaniyasının keçirildiyini dedi: “Bu kompaniyanın 4 əsas xətti var. Bunlara aiddir: Qidalanma, idman etmək, daim hərəkətdə olmaq, qida təhlükəsizliyi və alkaqolsuz həyat. Bütün bunlara isə riayət etmək lazımdır. O zaman insanlar sağlam həyat tərzinə qovuşa bilərlər”.

Polşa səhiyyə nazirinin müavini həmçinin Polşa səhiyyə sistemi ilə Azərbaycan səhiyyə sistemi arasında fərqlərdən də danışdı: “Polşa ilə Azərbaycan səhiyyəsi arasında elə bir ciddi fərq görmürəm. Səhiyyədə olan terminlər elə Avropada da, Polşada da, hər yerdə də eynidir. Müalicəyə gəldikdə isə, o da həmçinin Avropada da, Polşada da, digər ölkələrdə də eyni üsullarla aparılır. Söhbət ondan gedir ki, həkim gərək öz təcrübəsini həmişə artırsın. Tibdə təhsilin səviyyəsini qaldırmaq lazımdır. Çox vacibdir ki, səhiyyə nazirliyi müxtəlif ölkələrin təcrübəsi ilə həm tanış olsun, həm də bu yolla öz təcrübəsini artırsın. Biz Polşa olaraq, Avropa İttifaqının partnyoru olduğumuz üçün Şərq ölkələrinin səhiyyə nazirlikləri ilə qarşılıqlı fəaliyyətə başlamışıq. Bugünkü tədbir də bu addımın davamıdır”.


Aynurə Həsənova






14 Sentyabr, 2011  19:51 Baxılıb: 1281 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner