Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Polis geyimi barədə yazılanlar yanlışdı

Polisin yalnız papağında dəyişiklik edilib

DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-ya açıqlamasında bildirilib ki, ölkə başçısı İlham Əliyev daxili işlər orqanlarına göstərdiyi diqqət və qayğının təzahürü olaraq “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim formasının və fərqlənmə nişanlarının təsvirində dəyişikliklər edilməsi haqqında” sərəncam imzalayıb. Ölkə başçısının məlum sərəncamının mətbuatda düzgün şərh edilmədiyini vurğulayan E. Zahidov məsələyə aydınlıq gətirib: “Bəzi mətbuat orqanlarında bu sərəncamın mahiyyətinə varmadan yanlış məlumatlar yer alıb. Sərəncama əsasən polisin geyim formasında indiyədək olmayan bir neçə əlavə və dəyişikliklər olunub. Məsələn, indiyədək polis əməkdaşının istifadə etdiyi qış papağının dizaynı və materialı dəyişdirilib. Dəyişiklik yalnız buna aiddir. Əlavələr isə ondan ibarətdir ki, indiyədək polis əməkdaşlarının geyim dəstində olmayan səhra gödəkcəsi, səhra qış papağı və qadın əməkdaşlar üçün yubka ilə yanaşı gündəlik şalvar polis əməkdaşlarının geyim dəstinə daxil edilib”.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim formasının və fərqlənmə nişanlarının təsvirində dəyişikliklər edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan prezidentinin 2006-cı il 12 iyun tarixli 1499 nömrəli sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, №6, maddə 515, №7 maddə 622) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim formasının və fərqlənmə nişanlarının təsviri”ndə dəyişikliklər edilib.






14 Sentyabr, 2011  16:44 Baxılıb: 3494 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner