Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

YOL POLİSİ ƏHALİYƏ VƏ SÜRÜCÜLƏRƏ MÜRACİƏT ETDİ

Yeni dərs ilinin başlanması ilə məktəb ətraflarında tıxaclar yarana bilər

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əhaliyə müraciət ünvanlayıb. İdarənin şöbə rəisi, polis polkovniki Kamran Əliyevin verdiyi məlumata görə, son günlər paytaxt ərazisində tıxacların sayı bir qədər artıb.

K.Əliyev onu da bildirdi ki, sentyabrın 15-də yeni dərs ilinin başlanması ilə orta və ali məktəblərin ətraflarında sürücülər sıxlığın yaranmamasına çalışmalıdır: “Biz sürücüləri və piyadaları diqqətli olmağa çağırırıq. Son günlər hava şəraiti və digər səbəblərdən tıxaclar artıb. Həmçinin qarşıdan yeni dərs ili gəlir. Məktəbə öz avtomobili ilə gələn, övladlarını gətirən və digər şəxslərin nəzərinə çatdırırıq ki, bütün məktəblərin yaxınlığında avtomobil dayanacaqları yaratmaq mümkün deyil. Həmçinin yolların hərəkət zolağında saxlamaq, sıxlıq yaratmaq əhalinin narahatlığına və tıxaca səbəb olur. Düşünmək lazımdır ki, başqalarının da uşaqları var”.

BDYPİ rəsmisi onu da bildirdi ki, yeni dərs ili ilə əlaqədar təhsil müəssisələrinin ətraflarındakı yol hərəkət nişanlarına baxış keçirilib və lazım olan yerlərdə təmir işləri aparılıb.






14 Sentyabr, 2011  02:21 Baxılıb: 1085 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner