Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

VAHİD MƏKTƏBLİ FORMASI ALA BİLMƏYƏNLƏRƏ ŞAD XƏBƏR

Bakı Təhsil İdarəsi məktəbli formalarının alınması üçün vaxtı uzatdı

Bu il tədris ilində Azərbaycanda ilk dəfə olaraq 320 minə yaxın məktəblinin vahid məktəbli formasına keçidi nəzərdə tutulub. Bunların içərisindən 33 minə yaxın I sinfə gedən uşaqlardır. Onların da hamısı məktəbə vahid məktəbli formasında getməlidir.

Bakı Təhsil İdarəsinin beynəlxalq və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızının verdiyi məlumata görə, məktəbli formasının alınmasında çətinliklə qarşılaşan valideynləri nəzər alaraq oktyabr ayının 1-nə qədər vahid məktəbli formasının alınma vaxtı uzadılıb.

“Biz valideynlərin təşvişini nəzərə alıb, oktyabrın 1-nə qədər vaxtı uzatmışıq. Yetər ki, şagirdlər dərsə ağ köynək, qara ətək yubka və şalvarda gəlsinlər”.

Xatırladaq ki, ötən gün “Bakı Tikiş Evi” ASC-nin Bakıxanov qəsəbəsi M.Fətəliyev küçəsi 17-də yerləşən dükanında satıcılarla valideynlər arasında mübahisə sonda dava ilə nəticələnib. Hadisəyə polislər müdaxilə etməli olub. Hadisə şahidlərinin sözlərinə görə, insidentin baş verməsinə səbəb dükanda işləyən satıcıların valideynlərlə qeyri-etik davranması olub. Hadisə nəticəsində dükanın şüşələri qırılıb, xəsarət alanlar da olub. /anspress






13 Sentyabr, 2011  20:11 Baxılıb: 1354 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner