Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

DAHA BİR VƏKİL KOLLEGİYADAN XARİC OLUNA BİLƏR

Sabah Aslan İsmayılovun işinə baxılacaq

Sentyabrın 14-də Vəkillər Kollegiyasının İntizam Komissiyasının iclası keçiriləcək.

İclasa vəkil Aslan İsmayılov da çağırılıb.

Bu haqda AzadlıqRadiosuna Aslan İsmayılov özü məlumat verib:

«Mənə dedilər ki, ayın 14-ü saat 12-də İntizam Komissiyasına gəlməlisən. Sədrin yanına da getdim. Dedim ki, müttəhimi məhkəməyə çıxardanda belə, ona ittiham aktı verirlər ki, özünü müdafiə edə bilsin, mənə məlumat verin. Azər Tağıyev dedi ki, sabah gələrsən, görərsən».

Sentyabrın 14-də Vəkillər Kollegiyasının İntizam Komissiyasında vəkil Elçin Namazovun intizam məsuliyyətinə cəlb olunması ilə bağlı məsələyə də baxılacaq.

Avqustun 27-də 2 aprel məhbuslarının məhkəməsi zamanı hakim Şahin Abdullayev Elçin Namazovu prosesdən kənarlaşdırıb, onu məhkəməyə hörmətsizlikdə ittiham edib. Məhkəmə onun Vəkillər Kollegiyasından çıxarılması üçün bu quruma müraciət edib.

Avqustun 24-də Vəkillər Kollegiyasının Rəyasət Heyəti vəkil Xalid Bağırovun 1 il müddətinə qurumdan uzaqlaşdırılması, vəkillik fəaliyyətinin dayandırılması haqqında qərar çıxarmışdı.






13 Sentyabr, 2011  19:52 Baxılıb: 902 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner