Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

ANONS ANONS ANONS

Polşanın səhiyyə nazirinin müavini və Moldovanın Azərbaycandakı səfirinin müsahibələri Simsar.az-da - İzləyin 

Simsar.az saytının dostu, Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayevin təşəbbüsü ilə Moldaviyanın Azərbaycandakı səfirliyində olduq. Bizi qapıda səfirin özü cənab İqor Bodyu qarşıladı.

İlk baxışdan onun səmimiyyəti gözümüzdən qaçmadı. Səfirliyin bütün otaqları ilə bizi tanış edəndən sonra məlum oldu ki, bu gün səfirlik binasında Bakıda keçirilən Ümumdünya Səhiyyə Təşkilatının 61-ci sessiyana qatılan Polşanın səhiyyə nazirinin müavini Adam Fron Çak və Moldovanın səhiyyə naziri Andrey Usatiy arasında müqavilə imzalanacaq. Simsar.az bu müqavilənin imzalanmasının eksklüziv şahidi oldu.

1994-cü ildə Polşa və Moldova arasında bağlanan müqavilənin ardı olaraq, yeni imzalanan sənəddə sağlamlığın qorunması və tibb elmlərinin inkişafı sahələrində hər iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulub.

Müqavilənin imzalanmasına 25 dəqiqə vaxtın qaldığını əsas gətirən səfir, bizə bu vaxt ərzində müsahibə verə biləcəyini bildirdi. Biz də bu fürsətdən istifadə edib, Moldovanın Azərbaycandakı səfiri İqor Bodyudan müsahibə aldıq. Müsahibəni yaxın günlərdə oxucuların diqqətinə çatdıracağıq.

Moldavanın Azərbaycandakı səfirliyində baş tutan iki ölkə arasında imzalanan müqavilə mərasiminin qeyri-rəsmi hissəsində də iştirak etdik. Mərasimin qeyri - rəsmi hissəsində də çox maraqlı söhbətlərimiz oldu. Bunlardan biri də Polşanın səhiyyə nazirinin müavini Adam Fron Çak ilə müsahibəmizdir ki, onu da yaxın vaxtlarda Simsar.az saytında oxuyacaqsınız. Moldovanın səhiyyə naziri Andrey Usatiy isə ölkəmizdə keçirilən Ümumdünya Səhiyyə Təşkilatının 61-ci sessiyasına qatılmasından məmunluq duyduğunu və Azərbaycan səhiyyəsinin inkişafında müsbət tendensiyanın şahidi oludğunu bildirdi.

Aynurə Həsənova






13 Sentyabr, 2011  19:29 Baxılıb: 1053 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner