Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

OKSANA RƏSULOVANIN BAZAR SƏRGÜZƏŞTLƏRİ-FOTOSESSIYA

Rəqqasə bazara da Xoseylə gəldi

Yenə də bazardayıq. “Simsar” jurnalının “Bazar olsun” layihəsi bu dəfə rəqqasə Oksana Rəsulova ilə birgədir. Layihəmiz çərçivəsində müsahiblə bazarı gəzəcəyik. O, layihəmizin şərtlərinə uyğun olaraq, bazarda həm satıcı, həm alıcı olacaq, üstəlik bazar adamları ilə ünsiyyət də quracaq.

Bazarın qarşısında, elə danışdığmız vaxtda, saat 15:00-da rəqqasə ilə görüşdük. Həmişəki kimi, fotoqraf Əjdər də bizimlədir. O, bazarda keçirəcəyimiz 1 saatlıq müddəti özünün yaxın “dostu” olan, fotoaparatının yaddaşına köçürəcək.
Oksana tək deyildi, yanında sevgilisi, məşhur reper Elşad Xose də var. Bazarın qarşısında birgə gəldikləri avtobmobili saxlayıb, bizə tərəf gələrkən, dilənçi oğlan uşağı pul istəmək üçün ona yaxınlaşır. Dilənçidən birtəhər canını qurtarıb bizimlə görüşüb, hal-əhval tutur. Artıq bazara tərəf irəliləyirik.
Oksana əvvəl bazarda nə edəcəyini soruşur, biz də səbrlə ona layihəmizin məqsəd və şərtlərini izah edirik. Deyirik ki, əvvəl bazarı gəzəcəyik, adamlarla ünsiyyət quraraq, onların sənin haqqında fikirləri ilə tanış olacağıq. Daha sonra həm satıcı, həm də alıcı olacaqsan. Bununla da biz sənin bazarlıq etmək qabiliyyətini yoxlayacağıq. Həm də əsas şərtlərimizdən biri odur ki, bazarda aldığın hər şeyin qiymətini aşağı salmalısan”.
Layihəmizin şərtlərini başa saldıqdan sonra, keçirik əvvəlcə bazarlıq etməyə. Insanların çox olmasına baxmayaraq Oksana özünü rahat hiss edir. Özü belə deyir. Gülümsəyir, gözlərində sevgi parıldayır, insanlarla ünsiyyət qurmağa çalışır.
Günortadır amma bazarda xeyli adam var. Reper Elşad Xoseni isə bazar adamlarının bir çoxu tanıyır. Ən gülməlisi isə odur ki, satıcı xanımlardan biri Elşadı qarmon ifaçısı Aftandil İsrafilova bənzədir. Bu çox gülməli məqam idi. Rəqqasə isə bundan heç də kefini pozmayaraq, əksinə, üzündə yaranan xoş bir təbəssümlə bazarlıq etməyə başlayır.
Ətrafda insanların “bu kimdi”, “bu rəqqasədir”, “bu Oksanadır” replikaları bazarda keçirdiyimiz bir saat müddətində bizi müşayət edir. Onu bazar adamlarının əksəriyyəti tanımır, heç rəqqasə də bundan narahat deyil. Bazara daxil olan kimi, satıcıya ünvanladığımız “onu tanıyırsınız?” sualımıza adlığımız “yox” cavabına üzülmür. Çünki , əvvəlcədən bazarın qapısında etiraf etmişdi ki, burda məni tanımayacaqlar, axı onlar televizora baxmırlar.
Əvvəlcə alıcılıq missiyasını yerinə yetirən qəhrəmanımız meyvə-tərəvəz, daha sonra isə evinə lazım olan bütün ərzaqları alır. Üstəlik bir neçəsinin qiymətini də aşağı salmağı bacarır. Nə qədər pul xərcləndiyini dəqiq hesablaya bilməsək də, təxmini 50 manata yaxın pulu çıxır. Bazarlığı “Simsar” jurnalının kolektivi üçün edən müğənni Emil Bədəlovdan fərqli olaraq, Oksana bazarlığı evi üçün edir.
Oksana başqa çəkilişə tələsdiyindən onun piştaxtanın arxasında, satıcılıq etmək üçün 5 dəqiqədən artıq saxlamırıq. Bu müddət ərzində, o, cəmi 3 kilo gilas satır.
Oksana ilə bazarın qapısında sağollaşırıq, maşınsız olduğumuzu görüb hər iki cütlük israr edir ki, işə qədər aparsınlar. Razılaşırıq. Onunla yol üstü, elə maşındaca sorğu-sual da edirik.
- Yaradıcılıqda nə yeniliklər var?
- Hər şey var, bircə pul yoxdur. Amma bu yaxınlarda hind rəqsimə klip çəklişləri olacaq. Bu mənim ikinci klipim olacaq. İyul ayının axırı klip tamaşaçılara təqdim olunacaq.
- Belə çıxır ki, yay boyu ancaq işləyəcəksiz? Bəs dincəlməyəcəksiz?
- Təbii ki, dinələcəm. Bəlkə Hindistana, oradan da Türkiyəyə getdik.
- Daha çox hind rəqsləri ifa edirsiz, bəs bizim milli rəqslərimizi necə?
- Peşəkar səviyyədə milli rəqslərimizi bilmirəm, amma toylarda, şənliklərdə, dost məclislərində necə ki, hamı rəqs edir, mən də elə oynamağı bacarıram.
- Hind rəqslərinin məktəbini bitirmisiz, yoxsa, hind kinolarına baxıb öyrənmisiz?
- Bu gün mənim ən böyük tənqidçim Elşad Xosedir. Elşad rep deyir. Deyə bilərlər ki, o hara, hind rəqsləri hara? Onun heç vaxt hind musiqisi, hind kinolarından xoşu gəlməyib. Mənim oynadığım hind rəqslərinə ən birinci Elşad baxır və məsləhət verir. Baxıb deyir ki, nə səhv və düzdü.
- Axı o, reperdi, hind musiqisindən anlayışı yoxdur....
- Hind kinolarından xoşu gəlməsə də anlayışı var. Tənqidə həmişə qulaq asıram, özündənrazı insanlar həmişə quyuda qalırlar. Elə müsabiqələr olub ki, mənə üçüncü yeri veriblər. Soruşmuşam ki, axı niyə üçüncü yer? Rəqsimdəki iradları mənə deyəndən sonra çalışmışam ki, həmin iradların üzərində daha çox işləyim. Elşad da həmişə irad deyəndə, mənim yaxşılığıma görə deyir.
- Toylara gedirsiz?
- Çox az hallarda, ancaq tədbirlərə gedirəm.
- Getdiyiniz toylarda hind rəqsindən başqa, oriental rəqsi də ifa edirsiz?
- Oynamıram.
- Oriental rəqslərinə qarşı cəmiyyətdə birmənalı fikir formalaşmayıb deyə oynamırsız?
- Oriental həmişə əyləndirici rəqs olub. Hindistanda rəqqasə barədə çox yüksək düşünürlər. Bizdə isə belə deyil. Hindistanda rəqqasə sözü böyük hərflə yazılır, ancaq ərəblərdə bu belə deyil. Moskvada rəfiqələrim var, göbək rəqsini peşəkar səviyyədə bilirlər, amma heç vaxt restoranlarda oynamırlar, bu rəqsi ancaq beynəlxalq müsabiqələrdə ifa edirlər.
- Bildiyiniz rəqsləri kiməsə öyrədirsiz?
- Moskvada da tələbələrim olub, burada da var. Kimdə hind rəqsinə maraq görürəm, həmin adamdan ötrü ölürəm. O insan mənim üçün ən əziz, ən doğma insan olur. Hansı insanda hind rəqsinə sevgi var, onda gözəl alınır və gözəl də rəqs edir. Elələri var ki, onda texnika da, təcrübə də var, amma ürək yoxdur deyə, süni alınır. Əsas ürəkdir.
- Bəs şəxsi həyatda nə yeniliklər var?
- Gördüyünüz kimi hər şey yaxşıdır. Elşadla məni çox tələsdirirlər. Hər şey toya doğru gedir, bir neçə problemlər var ki, öz həllini tapan kimi toy da olacaq. Elşadla bir yerdə olanda heç demirdilər ki, nə vaxtdır toy? Aramızı vurmaq, bizi ayırmaq istəyirdilər. İkimiz də ailə qurmaq istəyirik. inshallah olacaq, özünüz görəcəksiniz.
P.S. İnsanlarla səmimi söhbət etmək üçün məkanın heç biri fərqi yoxdur. İstər güllü çiçəkli park, istərsə də bazar olsun. Əgər bu söhbəti cəmiyyətin tanıdığı bir şəxslə edirsənsə, o zaman movzudan çox mövzu var. Sonda deyim ki, bir mövzu müsahibimi yaman çox narahat edir. O da, gözəl rəqslərin qorunub, saxlanılmasıdır. Rəqqasə Oksana istəmir ki, rəqslər restoranlarda, klublarda əcaib formada oynanılsın. Heç biz də bunu istəmirik, elə bazarda meyvə-tərəvəz, müxtəlif ərzaq məhsulları satanlar da...

Aynurə Həsənova






12 Sentyabr, 2011  16:35 Baxılıb: 2576 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner