Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Yol polisi sürücülərə müraciət etdi

Piyadaların vurulması halları kəskin artıb

Respublika Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev APA-ya açıqlamasında bildirib ki, son vaxtlar ölkə ərazisində piyadaların vurulması ilə nəticələnən yol qəzalarının sayı kəskin artıb. Belə ki, ötən həftə ərzində respublikanın avtomobil yollarında baş verən yol qəzalarından 29 hadisə piyadaların vurulması ilə bağlı olub. Nəticədə 12 nəfər ölüb, 29 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

K. Əliyev qeyd edib ki, statistikaya görə, piyadaların vurulması ilə nəticələnən yol nəqliyyat hadisələri əsasən yolun hərəkət hissəsində baş verir: “Məhz ona görə də əksər hallarda baş vermiş hadisələrin günahkarı elə piyadaların özləri olur. Biz bir daha əhaliyə müraciət edərək, avtomobil yollarında diqqətli olmağa çağırırıq. Yeraltı və yerüstü piyada keçidlərindən istifadə etsinlər. Getdikləri ünvana beş dəqiqə tez çatmaq üçün həyatlarını riskə atmasınlar”.

K. Əliyev, həmçinin, yeni dərs ilinin başlaması ilə əlaqədar sentyabrın 10-dan təhlükəsizlik aylığına start verildiyini, orta məktəblərdə polis əməkdaşlarının iştirakı ilə açıq dərslərin keçiriləcəyini qeyd edib.






12 Sentyabr, 2011  15:54 Baxılıb: 882 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner