Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

8 universitetdə yoxlama

Akkreditasiyadan keçməyən təhsil müəssisəsi və ya onun ayrı-ayrı təhsil proqramları 1 ildən sonra təkrar akkreditasiyadan keçə bilər.

Azərbaycan Təhsil Nazirliyi 2011-2012-ci tədris ili ərzində 9 ali, 11 orta ixtisas təhsili müəssisəsi, 10 peşə liseyi və məktəbi, 11 ümumtəhsil məktəbini akkreditasiyadan keçirməyi planlaşdırır. Bu barədə Trend-ə cümə günü Təhsil Nazirliyinin akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev məlumat verib.


Onun sözlərinə görə, akkreditasiyadan keçiriləcək ali məktəblər Azərbaycan Aqrar Universiteti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Azərbaycan Kooperasiya İnstitutu, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Turizm İnstitutu, Azərbaycan Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət Dəniz Akademiyası, Bakı Dövlət Universitetidir.

Adıçəkilən ali məktəblərdən yalnız BDU ikinci dəfə akkreditasiyadan keçiriləcək. Beş il əvvəl akkreditasiyadan keçirilən BDU-da bu prosedur gələn ilin aprelində yenidən tətbiq ediləcək. BDU istisna olmaqla, qalan ali məktəblər isə ilk dəfə akkreditasiyadan keçiləcək.

Zərbəliyev bildirib ki, məktəblərin akkreditasiyadan keçirilməsi üçün nazirlikdə qrafik tərtib edilir. Qrafikə daxil edilmiş təhsil müəssisələrinə akkreditasiya barədə ən azı 6 ay əvvəldən xəbərdarlıq edilir.

Təhsil müəssisəsi də həmin 6 ay ərzində öz fəaliyyətini təhlil edir, tələbələrinin biliyini yoxlamaq üçün daxili imtahan keçirir və nəticələri barədə nazirliyə məlumat verir.

"Ötən ilin mart ayında bu il akkreditasiyadan keçməli olan təhsil müəssisələrinin qrafikini tərtib edib, hər bir məktəbə bu barədə bildiriş göndərməklə xəbərdarlıq etmişik", - Zərbəliyev deyib.

Təhsil müəssisəsinin akkreditasiyası təhsil prosesinin təşkilinin, müəssisənin maddi-texniki bazasının, təhsil proqramlarının, kadr potensialının, maliyyə resurslarının və təhsil infrastrukturunun qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə aparılır. Akkreditasiya təhsil müəssisəsinin statusunun müəyyən edilməsi, onun fəaliyyətinin növbəti 5 il müddətinə (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş təhsil müəssisələrinə 3 il müddətinə) uzadılması üçün hüquqi təminat yaradır.

Məktəblərin akkreditasiyası hər 5 ildə bir dəfə həyata keçirilir. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş təhsil müəssisələri üçün isə bu müddət 3 ildir.

Akkreditasiyadan keçməyən təhsil müəssisəsi və ya onun ayrı-ayrı təhsil proqramları 1 ildən sonra təkrar akkreditasiyadan keçə bilər. Təhsil müəssisəsi və ya onun ayrı-ayrı təhsil proqramları təkrar akkreditasiyadan keçmədikdə, onun təhsil fəaliyyəti dayandırılır və təhsil alanların digər təhsil müəssisələrində təhsilini davam etdirməsi üçün müvafiq tədbirlər həyata keçirilir.






10 Sentyabr, 2011  15:06 Baxılıb: 1111 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner