Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

VAHİD NAXIŞ TURAN İBRAHİMOVU SİYASİ MÖVQEYİNƏ GÖRƏ ANS-dən ÇIXARIB

Turan İbrahimov: “Siyasi mövqeyim ANS rəhbərliyinin xoşuna gəlmir”

Teleaparıcı Turan (Samir) İbrahimov ANS-dən çıxarılması barədə məlumat yayılıb.
Onun telekanaldan uzaqlaşdırılmasının səbəbi kimi ANS-də "Açıq söhbət" tok-şousuna müəlliflik etməsi göstərilib.

Həmin verilişdə bir müddət öncə "Azərbaycanda müxalifət varmı" mövzusunda tok-şou keçirilməsinə cəhd edilib. Verilişin qonaqları tanınmış siyasilər Fazil Musatafa və Pənah Hüseyn olmalı idi. Debat zamanı AXP lideri Pənah Hüseyn və BQP sədri Fazil Mustafa arasında dava düşüb. Hətta P. Hüseyn opponentinin üzərinə yeriyib. Baş tutmayan debatın ardınca aparıcı da bu gün televiziyadan ayrılıb. Məlumatlara görə, onun işdən çıxarılmasına səbəb ANS rəhbərliyi ilə arasındakı mübahisə səbəb olub.

Artıq sözügedən verilişin yeni aparıcı ilə çəkilişlərinə başlanılıb. T. İbrahimovun yerinə Sevinc Osmanqızı verilişin çəkilişlərinə aparıcı kimi qatılıb.

T.İbrahimov Simsar.az-a açıqlamasında faktı təsdiqləyib. Bildirib ki, ANS telekanalının rəhbərliyi sözügedən verilişə yeni aparıcı tapıb: “Mənim siyasi mövqeyim ANS-in rəhbərliyinin xoşuna gəlmir. İqtidaryönümlü olmağım Vahid Mustafayevi qıcıqlandırır. Ona görə də mənə qarşı bu addımı atıblar. Mən verilişlə bağlı rəhbərliklə rəhbərliklə əvvəlcədən müqavilə bağlamamışdım. Ona görə də asanlıqıa belə addım atırlar”.

RAMİL






9 Sentyabr, 2011  21:32 Baxılıb: 3713 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner