Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

NÜŞRƏVAN MƏHƏRRƏMLİ TELEVİZİYALARDA QÜSUR TAPDI

MTRŞ-nın yaxşı hesab etdiyi proqramlar da var

Milli Televiziya və Radio Şurasının (MRTŞ) Elektron Mediayaya Yardım Fondu ilə birgə KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə apardığı “Azərbaycan media məkanında ədəbi dilin qorunması” layihəsi əsasında milli efirin monitorinqinin nəticələri ilə açıqlanıb.

APA-nın məlumatına görə, MTRŞ sədri Nuşirəvan Məhərrəmov bildirib ki, may ayının əvvəllərindən başlayaraq monitorinq üç istiqamətdə aparılıb.

Telekanallarda xəbər-informasiya proqramının aparıcılarının nitqi, şou verilişi aparıcılarının nitqi və dublyaj olunmuş veriliş və filmlərin dili. Monitorinqin nəticələrinə görə, İctimai Televiziyanın “Carçı” proqramının aparıcılarının nitqi normal, ədəbi normalara müvafiqdir.

ATV kanallarında “Son xəbər” informasiya buraxılışının aparıcılarının və AzTV-nin “Xəbər” informasiya buraxılışı diktorlarının nitqi qənaətbəxşdir.

“Xəzər” televiziyasında informasiya proqramının aparıcılarının nitqi isə zəif, “Space”-də “Hər gün” informasiya buraxılışının aparıcısının nitqi çox sürətlidir.

“Lider” kanalında “Səda” informasiya proqramının aparıcılarının nitqi ədəbi normalara müvafiqdir.

ANS telekanalında “Xəbərçi”nin aparıcısının nitqi aydındır. Lakin ANS-də də müəyyən dil nöqsanları da müşahidə edilib.






9 Sentyabr, 2011  20:37 Baxılıb: 1166 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner