Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

JURNALİSTƏ QARŞI ZOR TƏTBİQ EDİLDİ

İdrak Abbasovun evini uçurdular

Sentyabrın 9-da Dövlət Neft Şirkətinin qara uniformalı bir qrup əməkdaşı jurnalist İdrak Abbasovun ailəsinə məxsus həyətə daxil olaraq evi uçurub, onun valideynlərinə və qardaşına xəsarət yetiriblər.

Xəstəxanaya düşənlər var. Bu barədə Azadlıq Radiosuna jurnalist özü məlumat verib. «Neft şirkətinin əlidubinkalı xüsusi təyinatlıları heç bir məhkəmə qərarı və rəsmi xəbərdarlıq olmadan traktor və ekskavatorlar vasitəsilə hasarı dağıdıb həyətə giriblər. Həyətdə ailə üzvlərimizə məxsus bir neçə ev var. Qapıya yaxın olan evi uçurdublar. Ailə üzvlərimi döyüblər. Əsasları da o olub ki, qanunsuz tikililəri sökürlər. Qonşular tökülüşüb gələndən sonra çıxıb gediblər. Polisə müraciət etdik, gələn olmadı».

Jurnalist deyir ki, valideynləri Telman Abbasov və Naimə Quliyeva, eləcə də qardaşı Ədalət Abbasov 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. İdrak Abbasov düşünmür ki, hadisənin səbəbi qanunsuz tikililərin sökülməsidir. Deyir Xocasən qəsəbəsi Sulutəpə yaşayış massivində yerləşən həmin ərazi 20-30 ilin məhəllələridir. O qədər evin arasında məhz onların həyətinə basqın edilməsi təsadüfə oxşamır. Jurnalist son günlər fəaliyyəti ilə bağlı hədələndiyini, müxtəlif təhdidlərə məruz qaldığını bildirir.

ARDNŞ-in mətbuat xidmətində AzadlıqRadiosunun telefon zənglərinə cavab verən olmayıb. Binəqədi rayon Polis İdarəsi isə bildirir ki, sentyabrın 9-da Sulutəpə qəsəbəsində Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsus ərazilərdə inşa olunan qanunsuz tikililərin söküntüsü zamanı yerli əhali ilə ARDNŞ əməkdaşları arasında qarşıdurma baş verib. Nəticədə dava düşüb və bir neçə nəfər xəsarət alıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.






9 Sentyabr, 2011  18:57 Baxılıb: 1037 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner