Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Redaktorlar Naxçıvana gedir

Səfər sentyabrın 12-i baş tuta bilər

Dörd il fasilədən sonra fəaliyyətini bərpa etmiş Redaktorlar Birliyi sentyabrın 8-də növbəti iclasını keçirib. “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Simsar.az saytına bildirib ki, iclas bu gün qeyd olunan Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Gününə həsr olunub.

 Toplantıda “Turan” agentliyinin, “Azadlıq”, “Yeni Müsavat”, “Xural”, “Gündəm-Xəbər”, “Femida”, “Müxalifət”, “Təzadlar” qəzetlərinin  Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun təmsilçiləri iştirak ediblər. İclasdan əvvəl iştirakçılar mərhum jurnalistlər Nəcəf Nəcəfovun və Elmar Hüseynovun məzarlarını ziyarət ediblər.

Redaktorlar Birliyi Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günü ilə bağlı bəyanat qəbul edib. Mehman Əliyev “Azadlıq” və “Gündəm-Xəbər” qəzetlərinin Redaktorlar Birliyinə müraciət etdiyini də söyləyib: “Mətbuat Şurasının şikayəti və tələbi əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi “Gündəm-Xəbər” haqda təhqiqata başlayıb, Vergilər Nazirliyi isə cinayət işi açıb. “Azadlıq” qəzetinə gəlincə, Mətbuat Şurası Yeni Azərbaycan Partiyasının icra katibi, deputat Əli Əhmədovun şikayəti əsasında bu qəzet haqda qərar çıxarıb, qəzetə və müxbir Anar Əhmədoğluna xəbərdarlıq edib. Bu məsələləri də müzakirə etdik. Hər iki qəzetin müdafiə olunmasına qərar verildi. Biz Mətbuat Şurasının xəbərdarlığını ekspertizadan keçirəcəyik. Çünki Mətbuat Şurası icra orqanı deyil, o, xəbərdarlıq edə bilməz, tövsiyə verə bilər”.

Redaktorlar Birliyinin iclasında birlik üzvlərinin sentyabrın 12-də Naxçıvana getməsi barədə qərar qəbul edilib. Mehman Əliyevin sözlərinə görə, redaktorlar Naxçıvana hüquq müdafiəçiləri ilə birlikdə gedəcəklər: “Səfərdə məqsəd Naxçıvandakı real vəziyyətlə tanış olmaqdır. Biz bunu etməliydik. Çünki orada ağır vəziyyət və narahatlıq var, ora getmək mənəvi borcumuzdur. Ora 20 nəfərlik heyətlə gedəcəyik. Sentyabrın 13-də səfərin yekunları haqda mətbuat konfransı keçirəcəyik”.

Sonda Mehman Əliyev qeyd edib ki, Redaktorlar Birliyinin qapıları açıqdır və təşkilata yeni KİV-lərin qoşulmasını gözləyirlər. Redaktorlar ən azı ayda iki dəfə toplaşmağı nəzərdə tuturlar: “Mətbuatın maddi vəziyyətinin yaxşılaşdırılması, informasiya əldə edilməsi, peşəkarlıq problemlərinin həlli üçün bir sıra addımlar atmağı planlaşdırırıq”.






8 Sentyabr, 2011  19:27 Baxılıb: 953 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner