Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Təhsil işçiləri bir araya gəldi

Sentyabr konftansı baş tutdu

Bu gün “Hyatt Regency” otelində Bakı şəhəri üzrə Təhsil İdarəsinin (BTİ) təşkilatçılığı ilə Bakı təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib. Simsar.az-ın məlumatına görə, konfransda BTİ-nin müdiri Nailə Rzaquliyeva məruzəsində bildirib ki, Bakı şəhərində uşaqların yalnız 25 faizi məktəbəqədər hazırlıq qruplarından məktəbə gedir. Aparılan təhlillər göstərir ki, Bakı şəhərindəki mövcud uşaq bağçalarının bazası bu işin öhdəsindən gələcək səviyyədə deyil.

9 uşaq bağçasında olan qrup otaqlarının 1009-dan təyinatı üzrə istifadə olunmur. N.Rzaquliyeva bunun səbəbinin onlardan 38-nin təmirsiz olması, 700-də məcburi köçkünlərin məskunlaşması, 271 otağın təyinatı üzrə istifadə edilməməsi, bəzi hallarda isə qrup otaqlarında təhsilə aid olmayan təşkilatların yerləşməsi ilə əlaqələndirdi: “Uşaq bağçaları tam gücü ilə işləsə belə biz Bakıda yalnız 52 min uşağı məktəbəqədər təhsilə cəlb edə bilərik. Bu da bütün bağça yaşlı uşaqların təxminən 50 faizi deməkdir”.

N. Rzaquliyevanın sözlərinə görə, paytaxtdakı 113 uşaq bağçası özəlləşməyə açıq elan olunub, onlardan 44-ü özəlləşdirilib, 69 müəssisə isə hələ də Bakı Şəhər Təhsil İdarəsinin tabeçiliyində fəaliyyət göstərir: “Hazırda rəhbərlik etdiyim Təhsil İdarəsinin tabeliyində 301 tam orta, 3 ümumi orta, 5 yardımçı, 1 evdə təhsil, 5 cəzaçəkmə müəssisəsində axşam məktəbi fəaliyyət göstərir. Həmin təhsil ocaqlarında 316 594 nəfər şagirdin təlim-tərbiyəsi ilə 31 843 müəllim məşğul olur”.

N.Rzaquliyeva qeyd edib ki, ümumtəhsil məktəblərinin XI siniflərində dərs ilinin sonunda 23 019 şagird olub, onlardan 20 304 nəfəri (82,2%-i) attestat alaraq tam orta təhsili başa vurub: “Bu il 14 məzuna qızıl, 4 məzuna gümüş medal verilib. Onların qəbul imtahanlarında orta balı 628 olub, ölkə üzrə 700 bal toplamış 4 abituriyent də Bakı məzunları olub”.

BTİ müdiri əlavə edib ki, yay tətili dövründə dövlət hesabına 57 uşaq bağçasında, 54 məktəbdə və 2 məktəbdən kənar təhsil müəssisəsində təmir-tikinti işləri başlayıb: “Onların əksəriyyətində iş başa çatdırılıb”.

Konfransın sonunda təhsil naziri Misir Mərdanov çıxış etdi və konfransın yüksək səviyyədə təşkil olunduğunu qeyd etdi.






6 Sentyabr, 2011  20:34 Baxılıb: 1139 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner