Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Elmar Məmmədyarov Belqradda erməni məkrindən danışdı

"Ermənistan sülhə mane olan ölkədi"

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən Qoşulmama Hərəkatının 50 illik yubiley tədbirində çıxış edib. Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir bildirib ki, Qoşulmama Hərəkatı bu gün də yarandığı gün olduğu qədər əhəmiyyətlidir: “Soyuq müharibənin bitməsi qoşulmama xətti tutan ölkələrin siyasi koordinasiyası üçün mexanizm olan Qoşulmama Hərəkatının rolunu zəiflətməyib. Bu yaxınlarda Qoşulmama Hərəkatına tam hüquqlu üzv olan Azərbaycan Respublikası Hərəkatın prinsiplərinə və məqsədlərinə bağlılığını bəyan edib.

Qoşulmama Hərəkatının daha yaxşı və dinc dünyanın yaradılması uğrunda 1955-ci ildə qəbul etdiyi “On Bandunq Prinsipi” bütün ölkələri suverenliyə, ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığına hörmət etməyə, eyni zamanda, hər hansı bir ölkənin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı zorakılıqdan və təhlükə törətməkdən çəkinməyə səsləyir.

Təəssüflə qeyd olunmalıdır ki, Azərbaycan hələ də qonşu Ermənistanın təcavüzündən əziyyət çəkir və torpaqlarımızın 20%-i hələ də işğal altındadır. Təqribən bir milyon qaçqın və məcburi köçkün həmin torpaqlardan etnik təmizlənməyə məruz qalıb. Təəssüf ki, BMT TŞ-nın münaqişə ilə bağlı dörd qətnaməsinin olmasına baxmayaraq, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmaqdan imtina edir və bununla da regionda davamlı sülh və stabilliyin bərqərar olmasına mane olur.

Azərbaycan Qoşulmama Hərəkatının bir çox üzvlərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı tutduqları prinsipial mövqeyi yüksək qiymətləndirir. Torpaqlarımızın işğalına son verilməsi istiqamətində göstərdiyimiz səylər və tutduğumuz mövqe ilə bağlı sizin ortaya qoyduğunuz həmrəyliyin davamlı olacağına ümid edirik”.

E. Məmmədyarov bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatının Fələstinlə bağlı tutduğu mövqeyə bağlılığını bir daha vurğulayır və Fələstin xalqı və rəhbərliyi ilə davamlı həmrəy olduğunu bir daha təkrar edir: “Biz inanırıq ki, uzun müddətdir davam edən bu məlum məsələdə nailiyyət əldə olunması vaxtı yetişib”.

Nazir Azərbaycanın BMT sistemi daxilində razılaşdırılmış inkişaf məqsədlərinin və vəzifələrinin həyata keçirilməsinə töhfəsini vermək niyyətində olduğunu qeyd edib: “Azərbaycan davamlı inkişaf və qlobal çiçəklənməyə, yoxsulluğun aradan qaldırılmasına və davamlı iqtisadi inkişafa tam dəstək göstərir və cəhdlər edir, xüsusən də inkişaf etməkdə olan və az inkişaf etmiş, həmçinin təbii fəlakətlərdən sonra dirçələn ölkələrin ehtiyac və zəifliklərinin aradan qaldırılmasına xüsusi diqqət yetirir. Son illər ərzində Azərbaycan ehtiyacı olan bir neçə ölkəyə hərtərəfli texniki və humanitar yardımlar göstərib və onların milli inkişaf siyasətlərinin və strategiyalarının həyata keçirilməsinə kömək edib.

Beynəlxalq sülhün, təhlükəsizliyin, stabilliyin, və inkişafın qorunub saxlanmasına daha da köməklik göstərmək arzusunda olan Azərbaycan 2012-2013 illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olmaq üçün öz namizədliyini irəli sürüb. Seçkilər 13 oktyabr 2011-ci il tarixində BMT Baş Assambleyasının 66-cı sessiyası zamanı keçiriləcək.

2012-ci ildə Azərbaycanın BMT-yə üzvlüyünün 20-ci ildönümü qeyd ediləcək, buna baxmayaraq, digər Şərqi Avropa ölkələrinin namizədlərindən fərqli olaraq, Azərbaycan heç vaxt Təhlükəsizlik Şurasının üzvü olmaq imkanını əldə etməyib.

Bizim regional qrupdan olan namizədlər arasında Azərbaycan Qoşulmama Hərəkatına tam üzv olan yeganə ölkədir. Azərbaycanın Təhlükəsizlik Şurasına seçilməsi kiçik inkişaf etməkdə olan ölkələrin aşağı səviyyəli təmsilçiliyinə yeni görünüş verəcək və Təhlükəsizlik Şurasına daha çox balanslaşdırılmış üzvlük anlayışını gətirəcək. Sizi əmin edirəm ki, Qoşulmama Hərəkatı Azərbaycanın BMT-nin nüfuzlu alt-qurumu olan Təhlükəsizlik Şurasına üzvlüyü sayəsində daha güclü təmsilçilikdən faydalanacaq”.






6 Sentyabr, 2011  20:14 Baxılıb: 580 Çap

Bu bölmədə

26 Fevral, 2021
XOCALI - 29

XƏBƏR LENTİ
16 Aprel, 2021  10:26



15 Aprel, 2021  11:27



14 Aprel, 2021  14:14

14 Aprel, 2021  13:46




12 Aprel, 2021  15:10
















15 Mart, 2021  10:00

11 Mart, 2021  14:53

11 Mart, 2021  14:48

11 Mart, 2021  10:17


9 Mart, 2021  15:09

9 Mart, 2021  09:35




3 Mart, 2021  09:33



2 Mart, 2021  09:29


1 Mart, 2021  15:24



26 Fevral, 2021  12:49


23 Fevral, 2021  10:03



sagbanner