Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Ombudsman beynəlxalq tədbirdə

Tədbir Belçikada olacaq

İnsan Hüquqları üzrə müvəkkil Elmira Süleymanova yaxın günlərdə Belçikanın paytaxtı Brüsseldə keçiriləcək beynəlxalq toplantıda Şərq Tərəfdaşlığının yeni perspektivlərinin müzakirə olunacağını və bu tədbirə qatılacağının nəzərdə tutulduğunu bildirilib. O, bunu Polşanın ölkəmizdəki səfiri Mixal Labenda ilə görüşündə deyib.

Ombudsman Aparatıının mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, tanışlıq məqsədi daşıyan görüşdə E.Süleymanova Polşa səfirliyi ilə insan hüquqları sahəsində qarşılıqlı əlaqələrin davam etdirilməsinin əhəmiyyətini söyləyib. Görüşdə gələcək əməkdaşlığın prioritetləri müəyyənləşdirilib.

Müvəkkil Polşanın ölkəmizdəki səfirinin diplomatik missiyasının həm də hər iki ölkənin ombudsmanlarının insan hüquqları sahəsində əməkdaşlığının qurulmasında yardımçı olacağını diqqətə çatdırıb, Polşanın Ombudsmanı ilə insan hüquqları sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulduğunu, insan hüquqlarının müdafiəsi üzrə ikitərəfli müqavilənin imzalandığını bildirib.

Müvəkkil Avropa Birliyinin həyata keçirdiyi layihələrdə, o cümlədən Tvinninq və Şərq tərəfdaşlığı layihələrində Ombudsman təsisatının fəal iştirak etdiyini söyləyib.

M.Labenda Polşa Ombudsmanı xanım İrena Lipoviçin salamlarını və onunla görüşmək istəyini E.Süleymanovaya çatdırıb. Səfir Azərbaycan Ombudsmanı ilə qarşılıqlı fikir və məlumat mübadiləsi aparmağın mühüm əhəmiyyət daçıdığını, Müvəkkilin insan hüquqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyət göstərdiyini vurğulayıb.

Səfir səmimi qəbul və fikir mübadiləsi üçün təşəkkür edib, Azərbaycan Ombudsmanının insan hüquqları sahəsində çoxşaxəli fəaliyyətini yüksək dəyərləndirib, gələcək əməkdaşlıqda maraqlı olduğunu bildirib.






6 Sentyabr, 2011  13:38 Baxılıb: 992 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner