Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

AYB SƏDRİ HÜSEYNBALA MİRƏLƏMOV OLA BİLƏR

Anar belə istəyir

Azərbaycan Yazıçılar Birliyinin növbəti qurultayı ərəfəsində sədr postu uğurunda mübarizə daha da genişlənib. Əksər mətbu orqanlar müxtəlif etibarlı mənbələrə əsaslanaraq, sədrliyə iddialı şəxslərin adlarını çəkirlər, hətta onlardan hansının sədr olacağına belə işarə vururlar.

Təbii ki, bu barədə Simsar.az saytı da mütəmadi yazılarla çıxış edib. Belə yazılarda AYB sədri olmaq istəyən şəxslərdən, qurumun katibləri Çingiz Abdullayev və Rəşad Məcidin, “Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəylinin, baş nazirin müavini Elçin Əfəndiyevin adları çəkilib. Tərəflər barələrindəki xəbərlərə münasibət də bildiriblər və son nəticədə belə bəlli olub ki, AYB-nin indiki sədri Anar kimin üzərində dayansa, o da bu posta sahib çıxacaq.

Yazıçılar Birliyinin üzvü olan şəxslərdən biri Simsar.az-ın əməkdaşına bu mövzuda növbəti informasiya verib. Anarla dost olan yazar deyib ki, qurultayda AYB sədrinin öz yerinə namizəd bildiyi adam, deputat Hüseynbala Mirələmovdur. O, bir neçə kitabın müəllifdir və yazıçı dostları arasında səxavətli insan kimi tanınır.

Hüseynbala Mirələmov 1945-ci il iyunun 25-də Lerik rayonunun Nuravud kəndində anadan olub. Azərbaycan Politexnik İnstitutunun sənaye və mülki tikinti fakültəsini bitirib. 1965-ci ildən "Azərbaycan pioneri" qəzeti redaksiyasının baş ədəbi işçisi olmub. 1971-ci ildən Azərbaycan Qazlaşdırma Komitəsinin 4 saylı Qaz tikinti-quraşdırma idarəsində iş icraçısı, baş mühəndis və rəis işləyib. 1986-cı ildən "Azərqaztəmirtikinti" Trestinin rəisi, 1988-ci ildən Maye Qaz İstehsalat Birliyinin rəisi, 1989-cu ildən Azərbaycan Dövlət Yanacaq Komitəsi sədrinin birinci müavini vəzifələrində çalışıb. 1992-ci ildən biznes fəaliyyəti ilə məşğul olub. 1996-cı ildən "Bakqaz" İstehsalat İdarəsi rəisinin müavini, 1998-ci ildən Azərbaycan Qaz Emalı Açıq Səhmdar Cəmiyyətinin sədri olub. Hazırda ARDNŞ prezidentinin müşaviridir.

Yeni Azərbaycan Partiyasının üzvüdür. YAP Xətai rayon təşkilatının sədridir.

2005-ci il noyabrın 6-da 33 saylı Xətai birinci seçki dairəsindən deputat seçilib. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Litva, Azərbaycan-Rusiya, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.Hüseynbala Mirələmov - yazıçı, ssenarist, millət vəkili, Azərbaycan Dövlət Neft Akademiyasında kafedra müdiri, texnika elmləri doktoru, professor, Azərbaycan Mühəndislər Akademiyasının müxbir üzvü, Rusiya Mədən Akademiyasının, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, çoxsaylı elmi və bədii əsərlərin müəllifi, "Qızıl qələm", "Qızıl dərviş", "Qızıl buta", "Abdulla Şaiq" və "Rəsul Rza" mükafatları laureatı, Fransa Sənayeçilər Assosiasiyasının "Napoleon" qızıl medalının sahibi. MDB ölkələri üzrə 8 dəfə "İlin direktoru" adına layiq görülub.

Aynurə






5 Sentyabr, 2011  19:26 Baxılıb: 1117 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner