Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Məktəblərin birləşdirilməsi prosesi niyə dayandı?

Problem qanunvericilik bazasında olub

Azərbaycan Təhsil Nazirliyi şagirdlərinin sayı az olan məktəblərin birləşdirilməsi (məktəb şəbəkəsinin rasionallaşdırılması) prosesinin təxirə salınma səbəblərini açıqlayıb.

Simsar.az-ın məlumatına görə, Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov deyib ki, Dünya Bankının layihəsi çərçivəsində Ucar, İsmayıllı rayonları və Şirvan şəhərlərində rasionallaşdırma tədbirlərinə başlanılsa da, bu tədbirlər tam həyata keçirilməyib.

"Məktəblərin birləşdirilməsi, şagirdlərin köçürülməsi məsələlərində müəyyən problemlər yarandı. Məktəblərdə müəyyən infrastruktur yaradılsa da, digər məsələlər həll edilə bilmədi. Sonradan qərara alındı ki, bu iş yalnız Ucar rayonunda həyata keçirilsin. Amma tam hazırlıq olmadığı üçün bu da baş tutmadı. Müəyyən mənada qanunvericilik bazası, digər infrastruktur məsələsi həll edilmədiyi üçün bu işi aparmaq mümkün olmadı", - Qədirov deyib.

Şöbə müdiri bununla belə, məktəblərin rasionallaşdırılmasının Təhsil Nazirliyinin strategiyasında yer aldığını söyləyib. Qədirov hesab edir ki, gələcəkdə rasionallaşdırma tədbirləri ilə bağlı daha yüksək səviyyədə sənədlər qəbul edildikdən sonra bu prosesə başlanıla bilər.

Təhsil naziri Misir Mərdanovun ötən il verdiyi açıqlamaya görə, ölkəmizdə şagirdlərinin sayı 30-dək olan 315, 31-dən 50-dək olan 38, 51-dən 100-dək olan 9 ibtidai məktəb var. Ölkədə şagirdlərinin sayı 30-dək olan 89 əsas və 9 orta, 31-dən 50-dək olan 154 əsas və 74 orta, 51-dən 100-dək olan 325 əsas və 323 orta məktəb mövcuddur. Nazir belə az sayda şagird kontingentinə malik əsas və orta məktəblərin mövcudluğunun məqsədəuyğun olmadığını, müvafiq məktəb şəbəkəsinin rasionallaşdırılması üzərində ciddi düşünmək lazım gəldiyini bildirmişdi.






5 Sentyabr, 2011  17:43 Baxılıb: 991 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner