Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Hava sərinləşir

Bakı və Abşeron yarımadasında sentyabrın 6-da buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Gecə 15-20, gündüz 22-26, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərəcə isti olacaq.

Sentyabrın 6-dan 7-nə keçən gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Gündüz dəyişkən buludlu, əsasən yağmursuz hava proqnozlaşdırılır. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 15-20, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sentyabrın 6-da arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə lokal leysan xarakterli olacağı, qərb rayonlarında dolu düşəcəyi ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək. Gecə 15-20, gündüz 22-27, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacaq.

Sentyabrın 7-də bölgələrdə arabir yağış yağacaq. Gecə və səhər bəzi yerlərdə lokal leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 14-19, gündüz 25-30, dağlarda gecə 7-12, gündüz 16-21 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 2 gün ərzində Abşeron yarımadasında sərin hava şəraiti əksər meteohəssas insanlar üçün əlverişli olsa da, sentyabrın 6-da güclü xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.






5 Sentyabr, 2011  17:01 Baxılıb: 974 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner