Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qəbələdəki foruma 40-dan çox ölkə qatılacaq

Beynəlxalq Pestisid Forumu sayca 11-cidir

Sentyabrın 7-9-da Qəbələdə keçiriləcək 11-ci Beynəlxalq Pestisid Forumunda 40-dan çox ölkəni təmsil edən 120-dən artıq ekspert iştirak edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bazar ertəsi Trend-ə bildirib ki, forum davamlı üzvi çirkləndiricilər, köhnəlmiş pestisidlər və təhlükəli kimyəvi tullantılar üzrə layihələrin həyata keçirilməsində maraqlı olan tərəflər arasında müzakirələrin aparılması üçün platforma yaradacaq.

Forum Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Beynəlxalq Pestisid Assosiasiyası (İHPA), Niderland Krallığı, Azərbaycan Kənd Təssərrüfatı Nazirliyi, Davamlı Üzvi Çirkləndiricilərə dair Mərkəz və Şərqi Avropa Regional Mərkəzi (RECETOX), Çexiyanın Brno şəhərinin Masarik Universiteti və Almaniyanın Federal Ətraf Mühit Agentliyinin (UBA) dəstəyi ilə keçirilir.

11-ci Forum ölkələr, ekspertlər, təşkilatlar və donorlar arasında daha geniş informasiya mübadiləsi və mümkün əməkdaşlığın yaradılması məqsədi ilə hökumətləri, donorları, BMT agentliklərini, hökumətlərarası təşkilatları, QHT-ləri, elmi və özəl sektoru bir araya gətirəcək.






5 Sentyabr, 2011  14:45 Baxılıb: 918 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner