Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Azərbaycan prezidentinin qızının toyudu

Arzu Əliyeva ailə həyatı qurur

Bu gün Azərbaycan prezidenti İlham Əliyevin qızı Arzu Əliyevanın toy mərasimi keçiriləcək. Simsar.az-ın məlumatına görə, toy Bakıda Zuğulba qəsəbəsində açıq havada baş tutacaq. Məlumatlara görə, toya ən ali qonaqlar dəvət alıb. Dövlət başçısının kiçik qızı Arzu xanım Rusiyada yaşayan tanınmış azərbaycanlı ailənin övladı ilə ailə həyatı qurur. Onun nişanlısı Səməd Qurbanovdur. Onun atası 2003-cü ildə dünyasını dəyişib və Rusiyada nüfuzlu azərbaycanlı iş adamı kimi tanınıb. Anası isə İrina Pomelovadır və hazırda mərhum həyat yoldaşının biznesini idarə edir. Səmədin Valentina adlı bacısı da var.

Səməd Qurbanovun qohumlarının bir hissəsi Bakıda yaşayır. Səmədin atası Aydın Qurbanov həm Rusiya, həm də Azərbaycanda xeyriyyəçilik fəaliyyəti ilə tanınıb. O, hələ uzun illər əvvəl Bakıdakı Rus kilsəsini də təmir-bərpa etdirib. S. Qurbanovun eyni zamanda dövlət başçısının digər kürəkəni Emin Ağalarovla da möhkəm dostluq əlaqələrinin olduğu bildirilir.

Oğlan toyu isə yaxın günlərdə Avropa ölkələrinin birində keçiriləcək.

Qeyd edək ki, Azərbaycanın dövlət başçısının digər qızı Leyla Əliyeva da Rusiyanın tanınmış iş adamı Araz Ağalarovun gəlinidir.

Allah xoşbəxt eləsin!






3 Sentyabr, 2011  15:01 Baxılıb: 5359 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner