Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

DÖRD TELERADİO ŞİRKƏTİNİN LİSENZİYA MÜDDƏTİ UZADILIB

Azərbaycanda dörd teleradio şirkətinin lisenziyasının müddəti uzadılıb

Bu barədə cümə günü Milli Televiziya və Radio Şurasının mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, sentyabrın 2-də MTRŞ-nın növbəti iclası keçirilib. İclasda "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) televiziya, radio və əlavə informasiya yayımı, "BURC FM LTD" MMC-nin radio yayımı, "Kəpəz Müstəqil Teleradio Şirkəti" MMC-nin regional televiziya yayımı və "DİGİCOM" MMC-nin kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətlərinə baxılıb.

MTRŞ "Televiziya və radio yayımı haqqında" qanunun 22.3-cü maddəsinin tələblərini rəhbər tutaraq "Azərbaycan Televiziya və Radio Verilişləri" AvTV-nin televiziya, radio və əlavə informasiya yayımı, "BURC FM LTD" MMC-nin radio yayımı, "Kəpəz Müstəqil Teleradio Şirkəti" MMC-nin regional televiziya yayımı, "DİGİCOM" MMC-nin kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin daha 6 il uzadılması barədə qərar qəbul edib.

Trend






3 Sentyabr, 2011  02:25 Baxılıb: 910 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner