Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

"Başqa dinlərin mənsubları İslama minnətdar olmalıdırlar"

Hidayət Orucov: "Bu istiqamətdə edilən cəhdlər din təəssьbkeєliyindən yox, məkrli, riyakar planları həyata keзirmək istəyindən irəli gəlir"

Dünyada, xüsusilə, Avrasiya regionunda tarixən dözümlülük mühitinin formalaşmasında İslamın böyük rolu olub".

Simsar.az-ın verdiyi xəbərə görə, bu barədə Dini qurumlar üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov "Yeni Azərbaycan" qəzetinə verdiyi müsahibəsində bildirib.

O deyib: "Çünki mərhəmət, sevgi və əxlaq dini olan İslam tolerantlıq, dözümlülüyü yüksək mənəvi dəyər və mədəniyyət kimi qiymətləndirir. Bu baxımdan, əsrlər boyu regionda dinc və ayrı-seçkiliyə məruz qalmadan, müsəlmanlarla yanaşı yaşayan digər dinlərin mənsubları buna görə həm də İslam dininə minnətdar olmalıdırlar".

Komitə sədri son zamanlar dünyanın müxtəlif regionlarındakı müsəlmanları ekstremist, təməlçi, tolerantlıq prinsiplərini tapdalayan insanlar kimi göstərməyə çalışan şəxslərin çoxalmasına təəssüf etdiyini bildirib: "Nə qədər acı olsa da, belələrinə və İslamı humanizmdən uzaq din kimi qələmə vermə hallarına məhz Avropa ölkələrində tez-tez rast gəlinir".

Xarici dövlətlərin Azərbaycanın dini siyasətinə də toxunan H.Orucov söyləyib: "Bu istiqamətdə edilən cəhdlər din təəssübkeşliyindən yox, məkrli, riyakar planları həyata keçirmək istəyindən irəli gəlir. Azərbaycan-müstəqil dövlətdir. Heç bir dövlətin, xarici siyasi və dini dairələrin ölkəmizin daxili işlərinə və din siyasətinə müdaxilə etməyə nə hüquqi, nə də mənəvi haqqı yoxdur. Əgər hansısa dövlət və ya onun təsir dairəsindəki qüvvələr ölkəmizdə din pərdəsi altında məqsədinə nail olacağını düşünürsə, yanılır. Çünki buna nə Azərbaycan dövləti, nə də cəmiyyətimiz imkan verəcək".






2 Sentyabr, 2011  16:21 Baxılıb: 985 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner