Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

26 min şagird payıza qalıb

Sonuncu imtahan sentyabrın 10-da olacaq

Azərbaycan Təhsil Nazirliyi bu gündən respublikanın bütün ümumtəhsil məktəblərində (Naxçıvan MR istisna olmaqla) və peşə liseylərində ümumi orta təhsil səviyyəsi üzrə payız buraxılış imtahanlarının keçirilməsinə başlayır. Təhsil Nazirliyinin monitorinq və qiymətləndirilmə şöbəsinin müdiri Təranə Hacıyeva Trend-ə bildirib ki, payız imtahanlarının keçirilməsi sentyabrın 10-dək davam edəcək. İmtahanlar 7 bölgədə keçiriləcək.

Payız imtahanlarında 2010/2011-ci dərs ilində ümumi orta təhsil səviyyəsi üzrə iyunda keçirilən buraxılış imtahanında müvəffəq qiymət almağa nail ola bilməyən və buraxılış imtahanlarına buraxılmayan şagirdlər iştirak edəcək.

Haçıyevanın sözlərinə görə, payız imtahanlarında ümumilikdə 9-cu sinfi hələ bitirməmiş təxminən 26 min şagirdin iştirakı nəzərdə tutulur.


İmtahan 2 fənn üzrə keçiriləcək.

Nazirliyin şöbə müdir deyib ki, imtahanda şagirdlər riyaziyyatdan, Azərbaycan bölməsinin şagirdləri Azərbaycan dili, rus bölməsinin şagirdləri rus dilindən imtahan verəcəklər.

İmtahanda şagirdlərə 50 sual təqdim ediləcək. İmtahan 1,5 saat davam edəcək.

Hacıyeva bildirdiyinə görə, payız imtahanında da qeyri-müvəffəq qiymət alan şagirdlər sinifdə qalmalı, yəni yenidən 9-cu sinfi oxumalıdırlar.

İmtahan Şirvan şəhəri, Ağcabədi, Hacıqabul, Kürdəmir, Saatlı, Sabirabad, Beyləqan, İmişli, Ucar, Zərdab, Laçın və Cəbrayıl rayonlarında sentyabrın 2-də, Astara, Biləsuvar, Cəlilabad, Lənkəran, Masallı, Salyan və Neftçala rayonlarında sentyabrın 5-də, Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağsu, Ağdaş, Göyçay, Samux, Daşkəsən, Goranboy, Göygöl, Xocavənd və Tərtər rayonlarında sentyabrın 6-da, Sumqayıt şəhəri, Abşeron, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və Xızı rayonlarında sentyabrın 7-də, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Qobustan, Şəki, Zaqatala, Balakən, Lerik və Yardımlı rayonlarında sentyabrın 8-də, Ağdam, Ağstafa, Bərdə, Füzuli, Gədəbəy, Qazax, Şəmkir, Tovuz və Yevlax rayonlarında sentyabrın 9-da olacaq.

Bakı şəhərində imtahan sentyabrın 10-da keçiriləcək.

İşğal altında olan rayonların ərazilərində yerləşən ümumtəhsil məktəbləri üçün buraxılış imtahanı məcburi köçkünlərin məskunlaşdıqları şəhər və rayonların ümumtəhsil məktəblərində bu əmrlə müəyyənləşdirilmiş tarixlərdə keçiriləcək.

Təlim gürcü dilində olan məktəblərin IX (X) siniflərində payız buraxılış imtahanlarının aparılması Təhsil Nazirliyi tərəfindən hazırlanmış imtahan materialları gürcü dilinə tərcümə edilməklə, müvafiq rayon təhsil şöbələrinə tapşırılıb.

Ümumi orta təhsil səviyyəsi üzrə payız imtahanları verən şagirdin imtahan qiymətləri imtahan fənləri üzrə şəhadətnaməsinə yazılacaq yekun qiymət hesab olunacaq.






2 Sentyabr, 2011  14:50 Baxılıb: 962 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner