Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İlham Əliyev xarici ölkə rəhbərlərinə təbrik məktubları göndərdi

"Biz Azərbaycan-Yaponiya münasibətlərinə böyük önəm veririk"

Təbrik məktubunda deyilir: "Yaponiyanın Baş naziri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Biz Azərbaycan-Yaponiya münasibətlərinə böyük əhəmiyyət veririk. Əminəm ki, ölkələrimizi birləşdirən çoxşaxəli dostluq əlaqələri, qarşılıqlı maraq doğuran əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Yaponiya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sinqapur Respublikasının Prezidenti Toni Tan Ken Yamı təbrik edib. AzərTAc dövlət agentliyinin məlumatına görə, təbrik məktubunda deyilir:

"Hörmətli cənab Prezident, Sinqapur Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Sinqapur münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Sinqapur xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Estoniya Respublikasının Prezidenti Toomas Hendrik İlvesə təbrik ünvanlayıb. Məlumatı AzərTAc dövlət agentliyi yayıb.

Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident, əziz dost, Estoniya Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.

Əminəm ki, dövlətlərarası münasibətlərimizin möhkəmləndirilməsi, dostluq əlaqələrimizin genişləndirilməsi, qarşılıqlı maraq kəsb edən əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Estoniya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm".






1 Sentyabr, 2011  20:52 Baxılıb: 824 Çap

Bu bölmədə

26 Fevral, 2021
XOCALI - 29

XƏBƏR LENTİ



3 Mart, 2021  09:33



2 Mart, 2021  09:29


1 Mart, 2021  15:24



26 Fevral, 2021  12:49


23 Fevral, 2021  10:03




19 Fevral, 2021  09:26

19 Fevral, 2021  09:17


18 Fevral, 2021  15:51





17 Fevral, 2021  09:34

16 Fevral, 2021  14:15

16 Fevral, 2021  13:41

16 Fevral, 2021  12:50




15 Fevral, 2021  09:11





9 Fevral, 2021  10:38






3 Fevral, 2021  11:08



2 Fevral, 2021  11:37




sagbanner