Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

BAKIDA “YAXŞI CAZİBƏ”NİN ÇƏKİLİŞLƏRİ BAŞLADI

“Eurovision” qalibi Nigar Camal da filmdə yer alıb 

Bakıda səfərdə olan Türkiyənin məşhur “Yaxşi Cazibə” teleserialının yaradıcı heyəti dünəndən etibarən paytaxtda çəkilişlərə başlayıb. 20 nəfərlik heyətdə “Yaxşı Cazibə” serialının ssenari müəllifi Gari Müjdə, rejissoru Bora Onur, serialın operatorları, serialın məsləhətçisi, Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova, eləcə də əsas rolların ifaçıları Aslihan Gürbüz (Cazibə), Hakan Yılmaz (Kamal) və Handə Katiboğlu (Simgə) səhər saatlarından şəhərin mərkəzində, “Tarqovi” da çəkilişlərə başlayıblar.


Qeyd edək ki, “Yaxşı Cazibə”nin 54-cü bölümü Azərbaycanda çəkiləcək. Çəkilişlərin bir hissəsinin də Bakıda Dənizkənarı Milli Parkda aparılması nəzərdə tutulur. Serialın Bakıda lentə alınacaq seriyasında Azərbaycana “Eurovision” birinciliyi gətirən Nigar Camal da rol alacaq. O, bu seriyada Cazibənin Bakıdakı rəfiqəsi rolunu canlandıracaq.

Aktyor Hakan Yılmaz (Kamal) musavat.com-a açıqlamasında bildirib ki, Bakıya ilk dəfə gəlib: “Şəhər olaraq İstanbuldan çox səliqəli və təmizdir. Sakit bir meqapolisdir. Hər kəs bizə kömək edir. Cümə gününə kimi burdayıq. Serialın bir hissəsini Bakıda çəkəcəyik”.
Hakan Yılmaz Bakıda çəkilən bölüm haqqında da danışdı: “Bu serialda Cazibə Bakıya qaçır. Kamal onu tapmaq üçün ardınca Bakıya gəlir. Çox maraqlı bir bölüm olacaq, bizi izləyin”.

Filmin prodüsseri Bora Onur da musavat.com-a açıqlamasında bildirdi ki, Bakıda çəkilən bölüm daha maraqlı olacaq: “Biz qərar verdik ki, serialın bir bölümünü Cazibənin vətənində, Bakıda çəkək. Cümə gününə kimi çəkilişlər davam edəcək. Mən də ilk dəfədir ki, Bakıdayam. Açığını deyim ki, Bakıya heyran qaldım. Bizə qarşı insanların münasibəti çox yaxşıdır. Bu bölümdə Cazibə Kamal ilə savaşaraq Bakıya qaçır, Simgə və Kamal onun ardınca Bakıya gəlir. Kamal əlində Cazibənin şəkli ilə Bakı küçələrində onu axtaracaq. Yəni 54-cü bölüm digərlərindən çox fərqlənəcək”.

Bora Onur qeyd etdi ki “Eurovision” ilə bağlı serialın daha bir bölümünü Bakıda çəkəcəklər.

Sabah axşam isə “Yaxşı Cazibə” Azərbaycanın media mənsubları ilə görüşmək niyyətindədir. Yaradıcı qrup çəkilişlərdən dərhal sonra Türkiyəyə qayıdacaq.

Simsar.az






1 Sentyabr, 2011  18:41 Baxılıb: 895 Çap

Bu bölmədə

3 Fevral, 2020
Al Paçino yıxılıb

XƏBƏR LENTİ


19 Oktyabr, 2021  09:38




18 Oktyabr, 2021  12:25



13 Oktyabr, 2021  10:49


12 Oktyabr, 2021  11:02

12 Oktyabr, 2021  10:37



12 Oktyabr, 2021  10:30

12 Oktyabr, 2021  10:27






13 Sentyabr, 2021  15:11



9 Avqust, 2021  13:57

6 Avqust, 2021  14:15







2 Avqust, 2021  09:44

30 İyul, 2021  14:21



29 İyul, 2021  13:56









27 İyul, 2021  10:41

27 İyul, 2021  10:38



sagbanner