Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

ARDNŞ-A İŞƏ QƏBUL QAYDALARI DƏYİŞİR

Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) yeni işçilərin işə qəbul olunması və yerləşdirilməsi qaydaları dəyişir.

Bu barədə şirkətin baş ofisində keçirilən seminar-müşavirədə ARDNŞ-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov bildirib.

X.Məmmədov deyib ki, dəyişikliklərə əsasən, sentyabr ayından etibarən işə qəbulla bağlı ARDNŞ-ın İnsan resursları departamentinə yazılı müraciətlərin qəbul olunması dayandırılacaq, müraciətlər yalnız onlayn qəbul olunacaq: “Bunun üçün şirkətin internet saytında “Karyera” bölməsi yaradılıb. Bu bölməyə daxil olmaqla şirkətin strukturlarındakı vakansiyalar və onları tutmaq üçün qoyulan tələblər yerləşdiriləcək. Hər hansı vakant yeri tutmaq istəyən şəxs elektron şəkildə müraciət edib test üsulu ilə keçiriləcək müsabiqədə iştirak edə bilər”.

ARDNŞ-ın struktur, idarə və müəssisə rəhbərlərinin, kadr xidmətləri rəislərinin və İnsan resursları departamenti əməkdaşlarının qatıldığı seminar-müşavirədə bildirilib ki, işə qəbul prosesi departament tərəfindən həyata keçiriləcək, vakansiyalar üzrə tələblər daha təfərrüatlı olacaq. İddiaçının bilik səviyyəsi və peşə bacarığı şirkətin müvafiq strukturlarında yoxlanacaq. O qədər də əhəmiyyəti olmayan təsərrüfat işləri (xadimə, bağban və s.) üzrə işə qəbul isə strukturların özləri tərəfindən həyata keçiriləcək.






27 Avqust, 2011  22:40 Baxılıb: 1341 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner