Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

BAYRAM GÜNLƏRİNİN HAVA PROQNOZU AÇIQLANIB

Azərbaycanda qeyri-sabit hava şəraiti sabahadək davam edəcək.

Avqustun 28-də səhər respublikanın əvvəlcə qərb, günün ikinci yarısında isə şərq rayonlarında yağıntıların kəsiləcəyi gözlənilir. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva deyib.

Avqustun 29-u gündüzdən başlayaraq, sentyabrın 2-dək ölkə ərazisində hava şəraitinin nisbətən sabit, əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.

Tağıyeva bildirib ki, ötən günlər ərzində havanın temperaturu çoxillik iqlim normasından 2-3 dərəcə aşağı olub.

Avqustun 29-dan başlayaraq temperatur tədricən yüksələcək və iqlim normasına yaxınlaşacaq.

Avqustun 29-da Azərbaycanın paytaxtında havanın temperaturu 27-30, avqustun 30-dan sentyabrın 1-dək 32-34 dərəcə isti olacaq.

Həmin müddətdə Mərkəzi Aran rayonlarında 28-33, avqustun 30-31-də bəzi yerlərdə 35 dərəcə isti olacaq. Dağlıq rayonlarda havanın temperaturu 17-22 dərəcəyə yüksələcək.

Tağıyevanın sözlərinə görə, avqustun 29-u gündüzdən paytaxtda şimal küləyi mülayim cənub küləyi ilə əvəzlənəcək. Sonrakı 2-3 gün ərzində cənub küləyi üstünlük təşkil edəcək. Avqustun 31-də gündüz cənub küləyinin sürəti bir qədər artacaq.

Avqustun 28-29-da Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23, sonrakı günlərdə 24-25 dərəcə isti təşkil edəcək.






27 Avqust, 2011  18:22 Baxılıb: 1141 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42

sagbanner