Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Sabah imtahandı

Sabah 2011/2012-ci tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçiriləcək.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, abituriyentlər imtahanda iştirak etmək üçün avqustun 24-dən etibarən elektron ərizələrini təsdiq etdirdikləri Sənəd Qəbulu Komissiyasından “İmtahana buraxılış vərəqəsi”ni və “Abituriyentin vəsiqəsi”ni əldə etməlidirlər. 


Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- “imtahana buraxılış vərəqəsi"
- şəxsiyyəti təsdiq edən sənədin əsli
- “Abituriyentin vəsiqəsi”.

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq. TQDK tərəfindən abituriyentlərə Sənəd Qəbulu Komissiyasında ödənişsiz “Yaddaş kitabçası” təqdim olunacaq. Burada onların imtahanda davranış qaydaları, hüquq və vəzifələri geniş şərh olunub. Hər bir abituriyent “Yaddaş kitabçası”nı diqqətlə oxumalı və imtahan zamanı orada göstərilmiş qaydalara riayət etməlidir. İmtahan binasına köməkçi vasitə gətirmək qəti qadağandır. Buraxılış rejimində üzərində mobil telefon, konspekt və digər yardımcı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq, onların imtahan sənədləri alınacaq və imtahan binasına buraxılmayacaqlar.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədi ilə 2011-ci ilin 27 avqust istirahət günü ilə 29 avqust iş gününün yeri dəyişdirilib. Bu səbəbdən də TQDK orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında (11 illik) qəbul olanların qeydiyyatı üçün son müddəti 27 avqust saat 17:00 müəyyən edib.






27 Avqust, 2011  15:47 Baxılıb: 1430 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner