Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“SOVETSKİ”DƏKİ QIR EVLƏR SÖKÜLƏCƏK-FOTO

Baş Plan baş tutsa indiki Bakıdan əsər-əlamət qalmayacaq

“Nizami metrosunun və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının arxasından başlanan və keçmiş “Kubinka”, «Sovetski» adlanan ərazi də daxil olmaqla həmin sahənin yenidən planlaşdırılması və qurulması nəzərdə tutulur. Həmin ərazidəki kiçik və darısqal evlərin yerində 5-7 mərtəbəli yaşayış binaların tikintisi nəzərdə tutulub”.
Bunu Azərbaycan Dövlət Memarlıq və Şəhərsalma Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev «Olaylar»a müsahibəsində bildirib.


Onun sözlərinə görə, yerli əhali istəsə, həmin ərazidə tikiləcək yeni evlərdə qala biləcəklər. Əgər narazılıq yaranarsa onlara evlərinin əvəzində kompensasiya ödəniləcək və istədikləri yerdən mənzil alacaqlar. Bu, həm də həmin sakinlərin investorla razılaşmasından asılı olacaq.


C.Qocayev həmçinin bildirib ki, Dövlət Layihə İnstitutu «Beşmərtəbə» adlanan mərkəzi hissəsinin yenidən qurulması və abadlaşdırılması üzrə layihə hazırlayır. Layihənin bu ilin sonuna qədər tamamlanması və yeni ildən təsdiqlənməsi gözlənilir. Layihə təsdiq edildikdən sonra onun həyata keçirilməsi üçün investor seçiləcək və ərazinin yenidən qurulması istiqamətində işlərə başlanılacaq.
C.Qocayevə görə, Bakıdakı bütün “xruşovka” və “stalinka” tipli binalar tədricən söküləcək. Həmçinin Bakının mərkəzində hündürmərtəbəli binaların tikintisinə də prezident tərəfindən qadağa qoyulub. Hazırda tilikən binaların özülü prezidentin göstərişindən əvvəl qoyulduğundan inşası davam etdirilir.

RAMİL






26 Avqust, 2011  20:15 Baxılıb: 4424 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner