Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Psixoloqun anasının iddiası təmin edilmədi

Dəyanət Rzayevin anası Şərqiyyə Rzayeva “niyə sorğuma cavab verilmir” iddiası ilə yuxarı instansiya məhkəməsinə müraciət edəcək

Avqustun 23-də Apellyasiya Məhkəməsində hakim Səriyyə Seyidovanın sədrliyi ilə vətəndaş Rzayeva Şərqiyyə tərəfindən informasiya sorğusuna cavab verilməsi tələbinə dair iddia üzrə çıxarılmış qətnamədən verilən şikayətə baxılıb. Hakim istənilən məlumatların xidməti məqsədlər üçün nəzərdə tutulduğunu əsas gətirərək şikayəti təmin etməyib.

Prosesdən sonra Rzayevanın vəkili Elmar Süleymanovun Simsar.az saytına verdiyi məlumata görə, qərardan yuxarı instansiya məhkəməsinə şikayət veriləcək. Vəkilin sözlərinə görə, “İnformasiya əldə etmək haqqında” Qanun istənilən məlumatları xidməti istifadə üçün nəzərdə tutulan məlumatlara aid etmir, ona görə də qərar tamamilə qanunsuzdur.

İddiaçı xanım psixoloq Dəyanət Rzayevin anasıdır.
2007-ci ildə Bakı şəhəri, Bəsti Bağırova, 613 (Murtuza Muxtarov,185) ünvanda inşa edilən çoxmərtəbəli binanın uçması nəticəsində zərərçəkən şəxs - vətəndaş Rzayeva Şərqiyyə Hökumət Komissiyasına, Fövqəladə Hallar Nazirliyinə (FHN), FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə informasiya sorğusu ilə müraciət etmişdir. Sorğular vasitəsilə vətəndaş adları çəkilən dövlət qurumları tərəfindən mülkiyyətçisi olduğu uçmuş mənzilin sahəsinin yeni mənzillə təmin olunarkən hansı səbəblər görə kiçildilməsini aydınlaşdırmaq və bu barədə rəsmi sənədlərin surətlərini əldə etmək istəmişdir. Sorğulara cavab verilmədiyindən Rzayeva 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət etmişdir. 22 iyun 2011-ci il tarixdə məhkəmə iddianın təmin edilməməsi barədə qərar çıxarmışdır.

Aynurə






24 Avqust, 2011  20:14 Baxılıb: 3575 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner