Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

YAĞMURLU HAVA DAVAM EDƏCƏK

Azərbaycan sinoptikləri yağmurlu hava şəraitinin davam edəcəyini bildirirlər

Azərbaycan ərazisində yağmurlu hava şəraiti avqustun 27-si gündüz saatlarınadək davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə rəisi Gülşad Məmmədova çərşənbə günü bildirib ki, yaxın günlərdə buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacağı gözlənilir.

Avqustun 27-də gündüz artıq yağışın tədricən kəsiləcəyi gözlənilir. Bakı və Abşeron yarımadasında havanın temperaturu gündüz saatlarında 23-28 dərəcə isti olacaq.

Yaxın günlərdə Azərbaycanın bölgələrində də arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə isə yağışın leysan xarakterli olacağı ehtimalı var.

Temperaturun gündüz saatlarında Mərkəzi Aran rayonlarında 25-30, dağlar və dağətəyi rayonlarda isə 15-18 dərəcə isti təşkil edəcəyi proqnozlaşdırılır.

Məmmədova belə hava şəraitinin avqust ayı üçün xarakterik olduğunu qeyd edib.

Nazirlik nümayəndəsinin sözlərinə görə, Bakıya bu gün 10 mm yağış düşüb. Bu da aylıq yağıntının 150 faizini təşkil edir.






24 Avqust, 2011  16:08 Baxılıb: 956 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner