Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Azərbaycanlı alim Portuqaliyadakı konfransda

Bu gün konfransın son günüdür

Şamaxı Astrofizika Rəsədxanasının elmi işçisi Abasəli Rüstəmov Portuqaliyanın Evora şəhərində keçirilən konfransında iştirak edir. A.Rüstəmov Mədəniyyətlərdə Astronomiya Avropa Cəmiyyətinin (European Society for Astronomy in Culture) konfransına Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə göndərilib. Sentyabrın 19-da başlayan konfrans bu gün – avqustun 24-də yekunlaşır.

Nazirliyin mətbuat xidmətindən simsar.az-a verilən məlumata görə, A.Rüstəmov tədbirdə “Qədim Qobustan Günəş Rəsədxanası” mövzusunda elmi məruzəylə çıxış edir. Məruzə Qobustanın qayıq rəsmlərində əks olunmuş təqvim simvolizminin və bir nömrəli Qaya obyekti taxçaların “mövsüm ölçmə” (günəş saatı) funksiyalarının tədqiqatlarından bəhs edir.
Konfransın proqramı əsasən qədim Şumer, Misir, Yunan, Maya astronomiyası və dünya xalqları mədəniyyətlərindəki təcrübi astronomiya mövzularını əhatə edir. Həmçinin müasir dövrlərdə dənizçilikdə istifadə olunan qədim naviqasiya üsullarından danışlır.
Konfransda Avropa ölkələrinin arxeoastronomları ilə yanaşı, Hindistan, Rusiya, Qazaxıstan, Gürcüstan və İran İslam respublikasından olantədqiqatçılar da iştirakçıdırlar.
Arifə






24 Avqust, 2011  15:59 Baxılıb: 1182 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner