Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

MİSİR MƏRDANOV JARKKO LEHİKOYNENİ QƏBUL EDİB

Təhsil naziri Misir Mərdanov Avropa Gənclər Kartı Assosiasiyasının prezidentinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Təhsil naziri Misir Mərdanov Avropa Gənclər Kartı Assosiasiyasının prezidenti Jarkko Lehikoynenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, J. Lehikoynen hazırda Avropanın 40-a yaxın ölkəsinin Gənclər Kartı prosesinə qoşulduğunu, bütövlükdə isə bu ölkələrdən 30 yaşınadək 4 milyondan çox gəncin qeyd olunan kartların daşıyıcısı olduğunu nəzərə çatdırıb. O deyib ki, Gənclər Kartının Azərbaycanda tətbiqi ilə bağlı Gənclər və İdman Nazirliyində ciddi müzakirələr aparılıb. Assosiasiya rəhbəri bu kartların Azərbaycanın ali məktəblərində tətbiq olunması üçün M. Mərdanovdan dəstək göstərməyi xahiş edib. 
M. Mərdanov isə Avropa Gənclər Kartının Azərbaycanda da tətbiq olunmasını dəstəklədiyini, xüsusilə ali məktəb tələbələrinə qeyd olunan vahid formada kartların verilməsinə lazımi köməklik göstərməyə hazır olduğunu vurğulayıb. Nazir Avropa Gənclər Kartının tətbiqi üçün konkret addımlar atmaq məqsədilə Təhsil Nazirliyində görüləcək işlərlə bağlı növbəti müzakirənin aparılacağını, Avropa Şurası və Avropa Komissiyasının dəstəklədiyi bu prosesə qoşulmağın zəruriliyini bildirib. Daha sonra Avropa Gənclər Kartının Azərbaycan ali məktəblərində tətbiqi, bu istiqamətdə görüləcək işlər barədə rəy və təkliflər nəzərə çatdırılıb.






24 Avqust, 2011  03:40 Baxılıb: 904 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner